vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
REGİON  
18:13 | 13 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 1719 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-la münasibətlər rusların vecinə deyil

«Gallup»un sorğusunda yaş və təhsil faktorundan çıxan nəticə: «... nə pisləşəndir, nə yaxşılaşan»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyalılar prezident Vladimir Putinin ABŞ-la münasibətləri yaxşılaşdırmağa çalışmasını deyil, sərt davranmasını istəyir. Rusiyalıların 52 faizi düşünür ki, Rusiya ABŞ-la münasibətdə sərt davranmalıdır, 29 faizin fikrincə, Rusiya və Birləşmiş Ştatlar yaxşı münasibət qurmalıdırlar. 7 faizsə düşünür ki, Rusiya ABŞ-la bütün münasibətləri kəsməlidir.

Bunu «Gallup» sorğu mərkəzinin yeni sorğusu üzə çıxarıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump ötən həftə APEC sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putin-lə rəsmi görüş keçirmədi, ancaq salamlaşıb qısa söhbət ediblər.

İki liderin ötən ilin iyulundakı görüşündən sonra Konqres Rusiyaya yeni sanksiyalar qoyub, Moskvanın ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsini əsas gətirib. Rusiya da buna yüzlərlə ABŞ diplomatını ölkədən çıxarmaqla cavab verib. «Gallup»da sorğunu belə bir dönəmdə keçirib.

Maraqlıdır ki, ABŞ-la münasibətlərdə sərtlik tərəfdarı olanlar yaşa görə dəyişir. Yaşı 60 və daha yuxarı olanlar Soyuq Müharibə dövründə yaşayanlardır, o zaman ABŞ əsas düşmən kimi göstərilirdi. Onlar digər yaş qruplarından daha çox (38 faiz) ABŞ-la münasibətlərin yaxşılaşdırılması tərəfdarıdırlar.

Daha sərt davranış tərəfdarlarının sayı isə təhsil yüksəldikcə artır, ali təhsillilər arasında 60 faizə çatır.

Rusiyalıların çoxu düşünür ki, münasibətlər bundan sonra nə pisləşəndir, nə də yaxşılaşan. Respondentlərin yalnız 16 faizi Tramp vəzifəyə gələndən sonra ikitərəfli əlaqələrin pisləşəcəyini gözləyir.

Qalan rusiyalılar üç cəbhəyə bölünür: 30 faiz bilmədiyini, 29 faiz münasibətlərin olduğu kimi qalacağını, 25 faiz yaxşılaşacağını düşünür.

Trampın vəzifəyə gəldiyi heç bir il deyil. Onunla Putin barədə yazılar elə prezidentliyinin ilk günündən xəbər başlıqlarına çıxıb. Di gəl, Rusiyada onu elə də tanımırlar. Rusiyalıların 48 faizi Trampın prezidentliyini dəyərləndirməkdən ötrü onu yaxşı tanımadığını söyləyib. Tanıyanların 30 faizi ondan narazı, 22 faiz razıdır.

Amerikalılarsa, əksinə, Rusiyanı uzun müddətdir idarə edən Putin-i yaxşı tanıyır və ona daha pis yanaşırlar, yəni rusiyalıların Trump-a yanaşmasından pis. Rusiyadakıyla eyni vaxtda keçirilən sorğuya görə, amerikalıların 13 faizi Putin-ə xoş yanaşır, 74 faizin ona münasibəti yaxşı deyil.