vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
KRİMİNAL, CİNAYƏT  
16:20 | 28 yanvar 2014 | Çərşənbə axşamı Məqaləyə 2799 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Baş məşqçini bıçaqladılar

«Simurq»dan bir müddət əvvəl ayrılan futbol adamına dörd bıçaq vurulub

futbolinfo.az

MÖVZU İLƏ ƏLAQƏLİ

«Simurq»un seleksioner məşqçisi Mehman Hacıyev bu gün Gəncədə bıçaqlanıb. 1974-cü il təvəllüdlü mütəxəssisə 4 bıçaq zərbəsi vurulub. Hazırda o, reanimasiyadadı. Hacıyevin bıçaqlanma səbəbi məlum deyil. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, Hacıyev əslən Gəncəlidi. O, xeyli müddət idi Zaqatala klubunda çalışsa da, bu ayın əvvəlində «Simurq»la yollarını ayırmışdı.

Xatırladaq ki, Mehman Hacıyev 2013-cü ildə UEFA-nın «C» kateqoriyasını almış məşqçidi. O, futbolçu karyerası ərzində «Kəpəz» (1992-2000), «Qarabağ» (2000-2002) kimi klublarda top qovub. 1994-95 və 1998-99-cu illərdə ölkə çempionu olub, 3 dəfə kubokun qalibi adını qazanıb.

Məşqçi karyerası ərzində isə «Kəpəz»də əvəzedici heyətin baş məşqçisi, əsas komandanın baş məşqçinin köməkçisi kimi çalışıb.