vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9729 AZN
Rusiya rublu 1 RUB = 0.0257 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2505 AZN
Türk lirəsi 1 TRY = 0.2879 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
TOP OYUNLARI  
21:38 | 15 noyabr 2017 | Çərşənbə Məqaləyə 819 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qurbanovun islahatları başladı

İki baş məşqçi millidən qovuldu

FƏRİD

MÖVZU İLƏ ƏLAQƏLİ

U-19-un Təbriz Həsənovlu, U-17-nin Mirbağır İsayevli günləri bitdi. U-21 Yaşar Vahabzadə ilə çoxdan vidalaşmışdı, onun əvəzedicisi olan Samir Ələkbərov da istefa verdi.

Bəlkə də sıradan xəbərlərdi. Çünki il bitir, seçmə mərhələlər yekunlaşıb. Amma zənnimcə, bütün bunlar AFFA-nın baş katibi Elxan Məmmədovla əsas millinin baş məşqçisi təyin edilən Qurban Qurbanovun dünənki görüşünün nəticəsidir. Bütün yığmalara nəzarət etmək tapşırılan Qurban bəy bu məşqçilərlə işləməyəcəyini açıqca bildirib. Elə bu səbəbdən millilərin hamısında baş məşqçi postları boşaldılıb.

Bu gün milli komandalarda yeni post – mətbuat xidməti təsis olundu, ilk təyinat rəsmiləşdi. Ardınca da milli komandalarda məşqçilərin işinə xitam verildi. Yəni, yeni era başlayır.

Qurbanov bütün millilərə inandığı şəxsləri təyin etməklə yola çıxacaq. İndiyə qədər vaxt öldürən, ciddi iş görməyənlər kənarda qalacaq, Qurban bəy sınanmış cavanlara şans verəcək. Yenilər elə kadrlar olacaq ki, daim üzərlərində işləyirlər, inkişaf edirlər və qarışqa kimi çalışmağa hazırdılar. Aftandil Hacıyev, Ayxan Abbasov, Adil Şükürov, Elçin Rəhmanov və başqaları.

Milli komandalarda çox islahat aparmaq lazım gələcək. U-21 millisində baş verənlər göstərdi ki, ab-hava dözülməzdi və komandaların daxilini də təmizləmək lazımdı. Məşqçi qruplaşmaları, tapşırıqla çağırılan futbolçular və s.

Samir Ələkbərovun açıqlamalarına diqqət edək: «Futboldan kənar işlər var idi ki, onlar mənə dərs oldu. Böyük səhv etdiyimi anladım. AFFA-nın baş katibi Elxan Məmmədov köməkçilərimi mənə təqdim edəndə Aslanı görüb sevindim. Heç baş məşqçi təyin olunmağıma bu qədər sevinməmişdim... Ancaq ab-hava istədiyim kimi deyildi. Özümü çox pis hiss edirdim. Çünki məni vitrindəki cansız maniken kimi istifadə edirdilər. Aslan Kərimovla Cahangir Həsənzadə işimi tam əllərinə almışdılar. Hətta Almaniyaya 1:6 hesabı ilə uduzanda Aslan və Cahangirə dedim ki, belə olmaz axı, baş məşqçi mənəm. Dedilər ki, səhvimizi başa düşdük. Həmin ərəfədə çox əsəbi idim. Hələ də özümə gələ bilməmişəm. Mən onlara sərbəstlik verdim. Ancaq gərək çərçivədən çıxmayasan. Hər şeyin bir həddi var. Bütün məğlubiyyətlərə cavabdeh mən idim. Hamı gedir işinə, cavab verən mən oluram. Mətbuatla da üz-üzə qalıram, azarkeşlərlə də. Bu üç ayı elə əziyyət çəkdim ki... Günüm gün deyildi. Bunu AFFA-nın məsul şəxslərinin üzünə də deyərəm. Telefonum dayanmırdı. Hamı mənə futbolçu göstərirdi. «Niyə onu götürmürsən, bunu götürmürsən?» deyirdilər. Axırda dedim nə olub, bir dayanın görüm. Bəziləri ilə dava da etdim. Dedim, siz məni kimləsə səhv salırsınız. Mənim 100 dostum, hərəsinin bir adamı var. Mən 11 futbolçu yığmalıyam. 100 futbolçunu neynirəm? Bazar deyil axı... Futbolçu təklif edənlər futbolumuzun qaymaqları idi. Ad çəkmək istəmirəm. Qoy, özləri görsünlər. Mən gecə evimdə də otura bilmirdim. Telefonum partlayırdı. İndi də həmin adamlar sevinirlər. Həmin şərəfsizlərə deyirəm ki, sevinməyin. Məni gic elədilər. Bundan sonra başıma hava gələ bilər. Üzlərinə də demişəm. Harda işləsəm, bilsinlər ki, mən Samir Ələkbərovam. Mən özüm işləyəcəm, qərarı özüm verəcəm».

Bəli, bu açıqlamadan sonra Ələkbərov uzun illər hardasa baş məşqçi olmayacaq. Çünki o, AFFA-nı ifşa edib, rəhbər şəxslərin iç üzünü açıb. Amma bunu deməsə, Samir olmazdı. Fuad Musayevi ifşa edib, həqiqəti dedi, futbolçu karyerasını məhv etdi, indi də məşqçi kimi kölgəyə atılacaq. Bununla belə, şəxsiyyət kimi Samir Ələkbərov yenə zirvədə qalacaq.

Cahangir Həsənzadə 5-6 yerdə çalışır, «Səbail»də Müşahidə Şurasının üzvü, müxtəlif layihələrdə məşqçi-müəllimdir. AFFA day-day hesabına hər yerdə görünən bu adama o qədər səlahiyyət verib ki, milli komandaları da qarışdırır. Halbuki bu adamın özünü Ələkbərovla müqayisə etməsi belə mümkünsüzdü. Adamın karyerası utanc səhifəsidir.

Və ya Aslan Kərimov. 10 ildir müxtəlif millilərdə çalışır, məşqçi kurslarına rəhbərlik, televiziyada şərhçilik edir. Heç bir uğuru yoxdur, amma çömçə daim əlindədi. Şərhləri, analizlər məzhəkə mövzusudur, kateqoriya verdiyi məşqçilər uşaq futbolunda istedadları məhv etməklə məşğuldur, məşqçi kimi də həmişə qapazaltı komandalar formalaşdırıb.

Yəqin ki, Qurban bəy bu iki nəfəri yığmalara yaxın qoymayacaq. Heç Ələkbərov da onun komandasında olmayacaq. Çünki Samir bəyin problemi həll etməyə gücü çatmadı, yalnız ifşa çıxışı ilə yadda qaldı. Lakin Samirin açıqlamaları Qurbanova ciddi kömək edəcək. Bu müsahibədə bir çox məşqçilərin iç üzü açıldı, millilərə oyunçu seçiminin təfərrüatı bəlli oldu.

Qurbanov da Ələkbərov kimi, tapşırıqlara məhəl qoymayacaq. Samir bu basqıya etiraz edəcək qədər güclü deyildi – arxasında kimsə yoxdur, yalnız boğazına güc verdi. Qurban bəy isə əla nəticələrinə söykənərək şərt diktə edə biləcək. Ona nə AFFA-dan sifariş verə biləcəklər, nə də kənardan. Zədəsini bəhanə edib, millinin düşərgəsindən qaçan, Frankfurt «Ayntraxt»ında isə məşqə çıxan Renat Dadaşov kimi oyunçulara da kimsə diktəylə milli forma geyindirə bilməyəcək.

Qurbanovun islahatları bu gündən etibarən start götürdü. Ələkbərovun müsahibəsi isə onun üçün əyani dərs vəsaitidir. Milli komandalar öncə belə murdarlıqlardan təmizlənməlidir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *