vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNEY  
01:35 | 16 noyabr 2017 | Cümə axşamı Məqaləyə 2562 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mənfi təsiri olsa, verməyəcəklər»

Aslan Sultani: «Super güclər, yaxud bölgə güclərinə önəmli olan məsələ ölkələrinin mənfəətləridir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Aslan Sultaninin dediklərinə görə, müstəqiilik arzusunda olan millətlər öncə öz içlərində bütövləşməli, daha sonra regional və beynəlxalq güclərin mənafeyini nəzərdə almalıdırlar. Amerikanın Səsinə danışan güneyli fəal İraq Kürdüstanı və Kataloniya liderlərinin ikinci məqama kifayət qədər diqqət yetirmədiklərini ifadə edib.

Aslan Sultani İraqın Kürdüstan bölgəsi və İspaniya Kataloniyasında müstəqillik istiqamətində ortaya qoyulan səylərin uğursuz nəticələnməsinin beynəlxalq ictimaiyyətin tamamilə yeni dövlətlərin yaranmasına qarşı olduğu anlamına gəlmədiyini deyir: «Bu olaylarla bağlı iki növ dəyərləndirmə ola bilər. Biri budur ki, super güclər ən azı indiki vəziyyətdə istiqlal hərəkatlarına yaxşı baxmırlar və qəbul etmirlər. İkincisi də budur ki, o iki bölgədəki istiqlal referendumları doğru zamanda və doğru şəraitdə həyata keçirilmədi... Mən özüm ikinci variantı daha doğru görürəm».

Sultaninin fikrincə, «super güclər ya bölgə güclərinə önəmli olan məsələ ölkələrinin mənfəətləridir, nəinki müstəqillik istəməyin mənfi ya müsbət bir şey olması. Bir bölgənin müstəqilliyi maddi-iqtisadi və strateji baxımdan o güclərin xeyrinə olsa, dəstək verəcəklər. Mənfi təsiri olsa, verməyəcəklər».

O, bu kontekstdə 1945-46-cı illərdə qurulmuş Azərbacan Milli Hökümətinə bir nümunə kimi işarə edir: «O dövrün super gücləri bunun qarşısında idi. Amerika İranda sosializmin yayılmasını istəmirdi. Buna görə də, Sovetləri geri addım atmağa məcbur etdi. Bizim də xarici müttəfiqimiz qalmadığı üçün dövlətimiz yıxıldı. O dövrdə biri bu nəticəni ala bilərdi ki, super güclər istiqlal hərəkatlarına qarşıdırlar. Amma, az müddət sonra Hindistan Britaniya müstəmləkəsindən ayrılır və müstəqilliyini əldə edir».

Aslan Sultani eyni zamanda deyir ki, müstəqilliklərini əldə etmək hədəfi ilə fəaliyyət göstərən siyasi qruplar Kürdüstan və Kataloniyada baş verənləri araşdırmalı və ondan dərs almalıdırlar.

«Bu iki olay fərqli vəziyyətlər, fərqli zəminlər və fərqli kontekstlərdə baş verdi, amma nəticədə ikisi də uğursuz oldu. Bu araşdırılmalıdır ki, niyə super güclər buna dəstək vermədi? Niyə Qərb İraq Kürdüstanının müstəqilliyinə dəstək vermədi... Ümumiyyətlə, bir millət müstəqillik istəyirsə, təbii ki birincisi onun mexanizmləri hazır olmalıdır. Öz içindəki proseslər tamamlanmalı və bütünləşməlidir. İkincisi də, baxmalıdırlar ki, çevrədəki ölkələrin, həmçinin regional və beynəlxalq güclərin mənfəətləri onların müstəqilliyinə necə bir qərar verir», Aslan Sultani əlavə edir.