Erməni səfirin riyazi səhvi
Və ya «elçisi gülüm olanın...»
CAVİDAN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Facebook”a qarşı 2 milyardlıq iddia
Məhkəmə davaçıları arasında güllələnən akademikin oğlu da var
-
Cəhalət ...
Az bilən və çox inanan insandan daha təhlükəlisi yoxdur
-
“Yaxın Şərq NATO-su” qurula biləcəkmi?!
Körfəzdəki müttəfiqləri ABŞ-ın milli təhlükəsizlik bağlı qarantiya vermədiyini düşünür
-
Qahirədən Tehrana xəbərdarlıq
Misir ərazisində İsrail vətəndaşlarına ediləcək istənilən sui-qəsd ...
-
Aralıq dənizi Qaz Forumu
İsrail və Misir Avropaya qaz verəcək
-
Bayden Yaxın Şərqə gedir
Gözlənilən səfər ABŞ-da yanacaq vəziyyətini yaxşılaşdıra bilər
-
Ərəb ölkələrində qıtlıq
“Supermarketlər əsas malları yığırlar, sonra da baha qiymətə satırlar”
-
Yeni okean yarana bilər
Cəmisi 5-10 milyon ildən sonra
-
“Doğrayaraq öldürəcəyik”
Qadın nazirdən qorxunc açıqlama
-
Efiopiyada dəhşətli təyyarə qəzası
19-u BMT rəsmisi olmaqla 35 ölkədən 157 nəfər həlak olub
-
Fironlar dövrünün kəndi
Misirdə eramızdan dörd min il əvvələ aid yaşayış məskəninin qalıqları aşkar edilib
-
Misirdə vətəndaşlığın qiyməti…
Yaxud 7 milyon Misir funtu neçə dollar edir?
-
Azərbaycançılıq ideologiyasına xidmət edən əsər
Xalq yazıçısı Elçinin Misirdə nəşr olunmuş “Baş” romanının təqdimatı keçirildi
-
«Ölümdən sonrakı həyatdan mesaj»
Qədim Misir nekropolunda tapıntı
-
Məşhur siyasətçisi deportasiya olunduqdan sonra «yoxa çıxıb»
Əhməd Şəfiqi naməlum təhlükəsizlik rəsmilərinin himayə edirmiş
-
Sufilər terrordan qorxmadan peyğəmbərin mövludunu bayram edəcəklər
«Silahlılar yerdən hündür olan bütün qəbirləri dağıdır, sufi türbələrini partladırlar…»
Ermənistanın Misirdəki səfiri Armen Melkonyan yanvarın 28-də son həftə baş verən atəşkəslə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, Dağlıq Qarabağ münaqişəsindəki gərginlik pik həddə çatıb. Vaxt.az xarici mediaya istinadən xəbər verir ki, A.Melkonyan qeydində bildirib ki, Azərbaycan ordusu ötən həftə atəşkəsi 1500 dəfədən çox pozub və erməni mövqelərinə 1400 güllə atıb. Hətta oğru kimi bağıran diplomat xəcalət hissindən kənara çəkilərək dilə gətirib ki, guya erməni əsgərləri atəşkəsi qorumağa çalışıb və zəruri hallarda cavab atəşi açıblar.
Burda çox gülməli bir məqam yaranır. Lap tutaq ki, erməni elçinin dedikləri düzdür. Əgər hər atəşkəs pozuntusunu atılan 1 güllə ilə hesablasaq, bu edir 1400 say. Bəs qalan 100-dən çox pozuntu hansı yolla törədilib. Görəsən bir ərəb jurnalist tapılıbmı ki, diplomata bu sualı versin?
Oxucuların nəzərinə onu da çatdıraq ki, erməni mənbələrində Armen Melkonyan tarix elmləri doktoru kimi təqdim olunur. 1990-cı ilə qədər İrəvan Dövlət Universitetində mühazirələr deyib. O, Ermənistanın Prezident Aparatında məsul vəzifələrdən tutmuş, ölkə başçısının köməkçisi vəzifələrinə qədər çalışıb. Efiopiyada və Liviyada da səfir işləyib.
Çox ibrətamiz bir nəticəyə gəlirik. Ayıblarına kor olmayan ermənilərin savadlı diplomatları, elmlər doktorları bu cürdürsə, biz yerdə qalan kütlədən nə gözləyək? Azərbaycanda bir məsəl var ki, buna əla cavab kimi səslənir: «Elçisi Gülüm olanın, başına külüm olar».