vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
KRİMİNAL, CİNAYƏT  
17:45 | 19 noyabr 2017 | Bazar Məqaləyə 3218 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kalaşnikov»la silahlanmış mafia

Hacı İbrahimin otağı və Nazim İbrahimov evinin pəncərələri niyə gülləbaran edildi?

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyada mühacirətdə olan keçmiş deputat-oliqarx, «Quska» ləqəbli mafioz Hüseyn Abdullayevin daha bir cinayət əməlinin üstü açılıb. Bu dəfə məlum olub ki, «Quska»nın qeyri-leqal yarımhərbi dəstəsinin üzvləri «Kalaşnikov» avtomatları ilə silahlanaraq Hacı İbrahim Nehrəmli kimi tanınan iş adamının Bakının mərkəzində yerləşən ofisinə basqın edib. «Quska»nın yaraqlıları Hacı İbrahimin kabinetinə güllə yağdırıb, daha sonra onun qardaşı, indiki «diaspor naziri» Nazim İbrahimovun evinin pəncərlərini avtomatdan atəşə tutublar.

Bu cinayət əməllərinin üstünü «Quska» ilə sosial şəbəkələrdə «atışan» jurnalist Eynulla Fətullayev açıb. O, Hüseyn Abdullayevin cinayətlərini ifşa edəcəyinə dair vədinə sadiq qalaraq bu gün özünün Facebook səhifəsində Hacı İbrahimin ofisinə basqın da daxil olmaqla bir neçə biznesmenə silahlı hücum epizodunu nəql edib. Hansı ki, həmin əhvalatı vaxtilə «Quska»nın özü E.Fətullayevə danışmışdı.

Xatırladaq ki, bundan əvvəl E.Fətullayev «Quska»nın yarımhərbi kriminal dəstəsinin 1998-ci ildə ADP sədri Sərdar Cəlaloğluna yaşadığı binanın blokunun girişində hücum edərək başına vedrə keçirdiklərini, siyasətçini taxta ilə ölümcül hala saldıqlarını yazmışdı. Daha sonra jurnalist «Quska»nın silahlılarının «Azərsun» şirkətinin prezidenti Abdolbari Goozalın ofisinə 2001-ci ildə həyata keçirdiyi basqın barədə əhvalatı paylaşıb.

«Quska» ilə Fətullayevin münaqişəsi necə başlamışdı...

E.Fətullayevin «Quska» tərəfindən vaxtilə törədilmiş bu əməllərin üstünü açması keçmiş deputatın sosial şəbəkələrdə onun ünvanına qeyri-etik ifadələr, təhqirlər yağdırmasına cavabdır.

Belə ki, bu günlərdə «Quska» prezidentliyə iddiasını ortaya qoyub. Haqqin.az və virtualaz.org saytları isə onun vaxtilə törətdiyi əməlləri, yarımhərbi qeyri-leqal birləşmə saxlayaraq siyasətçilərə, jurnalistlərə zorakı hücumlar təşkil etdirdiyini yada salaraq «quldurun prezident olmaq iddiasını» tənqid edib. «Quska» bundan bərk qəzəblənib və həmin vaxtdan etibarən sosial şəbəkələrdə jurnalistləri, o cümlədən E.Fətullayevi təhqir edir.

Eynulla Fətullayev isə buna cavab olaraq özünün «Facebook»dakı səhifəsində əvvəlcə belə anons paylaşıb: «Tərbiyəsiz və əxlaqsız «Quska» ləqəbli biznesmen, kəmsavad, bivec və nadan Hüseyn Abdullayev adlı küçə uşağı prezidentliyə namizədliyini verib və «Azadlıq» qəzetinin səhifələrində məni təhqir edib. Yazır ki, Hüseyn Abdullayevin cinayətlərini sübut etməsəm...

Ardınca isə özünə və Əli Kərimliyə xas jarqonda əxlaqsız cümlələr işlədib. Mən bunları yazmaq istəmirdim. Amma... «Quska»nın cinayətlərini, elə onun öz dilindən eşitdiklərimi Sizə nəql edəcəm!!!

E.Fətullayev vədinə sadiq qalaraq bu gün «Quska»nın vaxtilə ona danışdığı daha bir cinayət əməlini  izləyiciləri ilə paylaşıb. O, Facebook səhifəsində bunları yazıb:

 

***

 

Haci İbrahimin ofisinə silahlı hücum və daha nələr...

 

Hüseyn Abdullayevin cinayətləri (3-cü hissə) - Hacı İbrahimin iş otağına basqın, Nazim İbrahimovun evinin atəşə tutulması, Naxçıvan Ali Məclisinin deputatı, iş adamı Arzu Kazımovun vəhşicəsinə döyülməsi, Məmmədtağı İbrahimovun ofisinə basqın cəhdi

90-cı illərin sonunda bir sıra iş adamları, xüsusilə Naxçıvan əsilli, məlum maşın yağı biznesinə maraq göstərərək, Azərbaycandan Ukraynaya maşın yağı ixrac edərək, əvəzinə Bakıya armatur gətirirlərmiş. İş adamları bu biznes sahəsinin də Guska ləqəbli inhisarçı Hüseyn Abdullayevin nəzarətində olduğunu bilmirdilər.

Hüseyn Abdullayev əvvəlcə şifahi ultimatum göndərərək, bu biznesmenlərdən Ukrayna ilə ticarətə son qoymağa tələb edir. Amma ultimatuma rəğmən, iş adamları biznesi davam etdirirlər.

1998-99-cu illərdə Hüseyn Abdullayevin cinayətkar dəstələri iş adamlarına hücuma keçirlər. İlk qurban - hamının yaxşı tanıdığı Nehrəmli Hacı İbrahimdir. O zamanlar, Hacı İbrahimin ofisi indiki Ədliyyə Nazirliyinin binasında yerləşirdi. «Quska»nın yaraqlıları Hacı İbrahimin şəxsi kabinetinə daxil olur və «Kalaşnikov» avtomatlarından onun otağını gülləbaran edirlər...

Bunun ardınca, daha bir dəstə Azərbaycanın Ukraynadaki səfiri, Hacı İbrahimin qardaşı Nazim İbrahimovun evinin pəncərələrinə avtomatlardan atəş açır...

Eyni zamanda, birbaşa «Quska»nın göstərişi ilə günün günorta çağı Bakı Bulvarının ərazisində cinayətkar dəstə Naxçıvan Ali Məclisinin deputatı, iş adamı Arzu Kazımova hücum təşkil edir və onu camaatın gözü qarşısında vəhşicəsinə döyürlər.

Bir neçə gün sonra, «Quska» Naxçıvan Ali Məclisinin digər deputatı iş adamı Məmmədtağı İbrahimova qarşı hücuma hazırlaşır. M.İbrahimov, Fəvvarələr Meydanında Azərbaycan kinoteatrının yaxınlığında yerləşən ofisində özünümüdafiə məqsədilə digər Naxçıvanlı qruplaşması üzvlərindən ibarət olan, armaturla silahlanmış ordu formalaşdırır...

Beləliklə, maşın yağı biznesinin inhisarı maraqlarının müdafiəsi naminə Bakının mərkəzi küçələri əsl döyüş meydanlarına çevrilir.

«Quska» Abdullayev, sadaladığım və birbaşa tərəfinizdən həyata keçirilmiş bu cinayətlərin xatırlanması kifayətdirmi? İstəsəniz, digər saysız-hesabsız cinayətləri də xatırlada bilərəm? Düşünürsən ki, Azərbaycan xalqının yaddaşı silinib? Bəlkə xalq sizin cinayətlərinizi əfv edib, unudub? Yanılırsız, Sizi baqajda da olsa Bakıya gətirib, mühakimə edəcəyik! Cinayətləriniz sizi təqib edəcək, hər küçədə, hər döngədə... Almaniya olsa belə!