vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
11:55 | 20 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 3127 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Saakaşvilinin sürücüsü «möhkəm döyülüb»

Vladimirə beyin silkələnməsi diaqnozu qoyulub

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstanın sabiq prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili deyib ki, naməlum şəxslər noyabrın 19-da onun sürücüsünü «möhkəm döyüblər».

Saakaşvili «Facebook»da yazıb ki, Ukrayna hakimiyyəti onun mühafizəçilərinin hamısını ölkədən çıxarıb. Onunla bircə sürücüsü Vladimir qalıb: «Gecə iki naməlum şəxs sürücümü evinin qarşısında möhkəm döyüb. Vladimirin yadında qalan odur ki, evin qarşısında iki maşın dayanıbmış. Bu maşınlar həmişə bizi izləyir. Vladimir hesab edir ki, bunlar Ukrayna Təhlükəsizlik Şurasının maşınlarıdır. Onu evinin blokunda gözləyənlər idmançı görkəmli iki şəxs olub».

Saakaşvili deyir ki, sürücüsü xəstəxanaya yerləşdirilib. Ona beyin silkələnməsi diaqnozu qoyulub.

Ukrayna vətəndaşlığı alınsa da, Saakaşvili geri qayıdaraq Ukrayna hakimiyyətinə qarşı aksiyalara başlayıb.