vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
12:47 | 20 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 2581 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Norveç «qara qızıl»ın gələcəyindən əmin deyil

«Ən ağıllı neft ölkəsi» neft fondunun pullarını neftə yatırmaq istəmir

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Guardian» dünyanın aparıcı enerji ekspertlərindən Fatih Birola istinadən yazır ki, elektrik avtomobillərinin yüksəlişinə və iqlim dəyişikliyi ilə bağlı daha sərt tədbirlərə baxmayaraq neftə nekroloq yazmaq hələ tezdir.

Bununla belə elə cənab Birolun rəhbərlik etdiyi Beynəlxalq Enerji Agentliyi bu qənaətdədir ki, neftə tələbat qarşıdan gələn iki onillikdə az artacaq.

Məqalədə deyilir ki, Britaniyadan fərqli olaraq Şimal dənizinin neft gəlirlərini göyə sovurmayan Norveç elə həmin neftdən 1 trilyon dollarlıq ehtiyat fondu yaradıb.

İndi isə Norveçin Mərkəzi Bankı təklif edir ki, neft gəlirlərindən yaranmış neft fondunun pulları bundan sonra daha neftə investisiya edilməsin.

«Norges Bank» ölkənin maliyyə nazirinə yazdığı məktubda bildirib ki, hökumətin ehtiyat fondunun pulları daim düşməkdə olan neft və qaz sahələrinə investisiya edilməsin, çünki belə investisiyaların risk dərəcəsi artıb.

Neft qiymətləri dünyanın ən iri ixracatçılarının hasilatı ixtisar etməsi ilə əlaqədar düşdüyü 30 dollardan yenidən 60 dollar həddinə dırmanıb.

Lakin bəzi ekspertlər düşünürlər ki, orta müddətdə bu qiymətlər indikindən aşağı olacaq. Məsələn əgər BP neft «uzun müddətə ucuz qalacaq» deyirsə, «Shell» şirkəti «həmişəlik ucuz qalacaq» hökmünü verib.

Nüfuzlu enerji iqtisadçısı Diter Helm (Dieter Helm) inanır ki, neft qiymətləri daim düşməyə meylli olacaq. Norveç bankı məhz belə bir riskin altına girmək istəmir.

Bank etiraf edir ki, neftə və qaza investisiya etdiyi 36 milyard dolların üzləşə biləcəyi riski lazımınca qiymətləndirməyib.

Hökumət ekspertləri bu qənaətə gəliblər ki, 2014-2016-cı illərdə neft qiymətlərinin düşməsinə cavab olaraq görülmüş daha ucuz əməliyyat tədbiri uzun müddətdə bəhrə verməyə bilər.

Əslində Norveç fondunun «Shell» şirkətinə yatırdığı 5 milyard dollar və BP-yə investisiya etdiyi 2 milyard dollar elə də böyük pullar deyil. Ələlxüsus da ona görə ki, hər iki şirkətin səhm qiymətləri qalxmağa başlayıb.

Söhbət yatırılan investisiyaların həcmindən getmir. Sadəcə olaraq neftdən 1 trilyon dollarlıq neft fondu yaratmış bir ölkə neft və qaz sahəsini investisiyalar üçün riskli sahə hesab etdiyini bəyan edib.

«The Guardian» yazır ki, Norveçin bu hərəkəti təsirsiz ötüşməyəcək və böyük investorlar bunu nəzərə alacaqlar.

«Share Action» fəallar qrupu bildirir ki, artıq indinin özündə böyük investorlar neft və qaz şirkətlərindəki kapitallarını geri çəkirlər.

Məqalədə deyilir ki, Norveç bunu ilk hiss edən ölkə deyil və yəqin ki, sonuncusu da olmayaq.