vaxtlı-vaxtında oxuyun! Cümə, 15 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 1.9983 AZN
Rusiya rublu 1 RUB = 0.0287 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2653 AZN
Türk lirəsi 1 TRY = 0.4424 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
ENERGETİKA  
12:53 | 20 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 520 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neft Ər-Riyadla Moskvanı «dalaşdıracaq»

Rusiya Səudiyyə ilə neft qiymətləri paktını pozacaq?

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu arada «The Telegraph» qəzeti yazır ki, bu həftə OPEC-in Vyanada keçiriləcək yığıncağında Rusiya ilə bu karetlin arasındakı diplomatik gərginliyin güclənəcəyi gözlənilir.

Məqalədə deyilir ki, tərəflərin neft hasilatına qoyduqları ixtisarın müddətini 2018-ci ilin martından o yana uzadacaqları gözlənilir.

Buna baxmayaraq neft hasilatı ixtisarının 2018-ci ilin sonlarındək uzadılması ideyası Rusiyanın neft rəhbərləri tərəfindən soyuq qarşılanıb.

Moskva OPEC-lə misilsiz sövdələşməyə girərək neft qiymətlərinin 60 dollara qalxmasına kömək edib, lakin ölkənin bərbad iqtisadiyyatı qiymətin daha baha məqamında hasilatın qısılmasına tərəfdar deyil.

Macro Advisory firmasından Chris Weafer deyir ki, Rusiya 1 barrel üçün 55 dollar qiymətinin ABŞ neftinə çox sərfəli ola biləcəyindən narahatdır.

Ekspert xəbərdarlıq edir ki, Rusiyanın hasilatın ixtisarından əl götürməsi onu Səudiyyə Ərəbistanı ilə qarşı-qarşıya qoya bilər.

Qəzet yazır ki, OPEC-in de facto lideri üçün neft qiymətlərinin sabitliyi çox mühümdür, beləki Səudiyyə özünün neft iqtisadiyyatını tamamilə yenidən islah etməyə çalışır.

Ekspertlər deyirlər ki, neft qiymətlərində hər hansı qəfil dəyişmə Səudiyyənin islahat planlarını riskə ata bilər.

Digər tərəfdən Rusiya ilə diplomatik münasibətlərin pisləşməsi hazırda daxili siyasi çəkişmənin ağuşunda olan Səudiyyə Ərəbistanına heç də əl vermir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *