vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:40 | 21 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 3165 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mənsimov Rusiyanın hədəfində

FTX azərbaycanlı milyarderlə bağlı araşdırmalara başladı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İqtisadi təhlükəsizlik xidməti milyarder Mübariz Mənsimova məxsus «Palmali» şirkətinin Türkiyə gəmiçiliyi qrupunun Rusiya bölməsi barəsində yoxlamalara başlayıb.

Virtualaz.org bildirir ki, bu barədə «Russia Today» xəbər yayıb.

Bildirilir ki, «Palmali» 1 milyarddan çox rubl məbləğində vergiləri ödəməyib. Bundan başqa, şirkət vasitələrin xaricə çıxardılmasına cəlb edilib.

Daha əvvəl «Palmali» şirkətinin Türkiyə gəmiçiliyi qrupu Rostov bölməsinin direktoru, Mübariz Mənsimova yaxın hesab edilən Aleksey Mixelev barəsində cinayət işi qaldırılmışdı.

İstintaqın məlumatına görə, o, hesabatlara su nəqliyyatı ilə yüklərin daşınmasından alınan gəlir haqqında yanlış və azaldılmış məlumatlar daxil edib.

Bununla əlaqədar şirkət büdcəyə 2010-cu il ərzində qanunla müəyyən edilmiş müddətdə 881 milyondan çox rubl, 2011-ci il ərzində isə 401 milyondan çox rubl gəlir vergisi ödəməyib.