vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
RƏY, REPLİKA  
20:42 | 22 noyabr 2017 | Çərşənbə Məqaləyə 3414 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İddialı insanlar və partiyalar kifayət qədərdir»

MSK sədri prezident seçkilərindən danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan ictimaiyyəti gələn il keçiriləcək prezident seçkilərini səbirsizliklə gözləyir. Ölkədə kifayət qədər partiyalar, kifayət qədər iddialı insanlar var. Yəqin ki, onlar prezident seçkilərində iştirak etməyə çalışacaqlar».

APA-nın məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, azad, ədalətli seçkilərin keçirilməsi üçün MSK bütün addımları atacaq: «Biz artıq gələn il üçün tədbirlər planı üzərində işləyirik. Yanvar ayının əvvəllərində tədbirlər planını rəsmi şəkildə təsdiq edəcəyik. İl ərzində bizim müxtəlif səpkili tədbirlərimiz olacaq. Aşağı seçki komissiyası üzvlərindən başlamış digər səlahiyyətli qurumlara qədər maarifləndirmə tədbirləri keçiriləcək. Eyni zamanda, cəzaçəkmə, tibb və müalicə müəssisələrində səsvermə ilə bağlı tədbirlər keçiririk ki, o insanların səsvermə hüququ pozulmasın. Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və prokurorluq orqanları ilə xüsusi komissiyalar təşkil edirik. Müraciətlərə baxılması, xoşagəlməz hallar baş verərsə, operativ ölçü götürülməsi baxımından bu cür əməkdaşlıq çox əhəmiyyətli olur. Prezident seçkiləri və referendumda Azərbaycan hüdudlarından kənarda olan vətəndaşlarımız da səs verməlidir. Xarici ölkələrdəki nümayəndəliklərdə məntəqələr yaradılacaq. Təsəvvür edin ki, seçkilərlə bağlı coğrafiya nə qədər genişdir. Çalışırıq ki, Azərbaycandan kənarda olan seçicilər diqqət mərkəzində olduqlarını hiss etsinlər».