vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ENERGETİKA  
12:51 | 23 noyabr 2017 | Cümə axşamı Məqaləyə 1700 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«WTİ» 58 dolları keçdi

Son iki ildə ilk dəfə Qərbi Texas nefti …

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya bazarında xam neftin qiymətlərində stabilləşmə var. APA TV-nin məlumatına görə, «Brent» markalı neftin bir bareli gün ərzində 62,60 dollarla 63,30 dollar arasında dəyişib. Hazırda bu markadan olan neft 63,16 dollardan təklif olunur.

Altı OPEK ölkəsinin nazirləri və Rusiyanın enerji naziri Aleksandr Novak Vyana görüşü öncəsi Boliviyada qeyri-rəsmi görüş keçirir. Vyanada təşkil olunacaq görüşdə mart ayında bitəcək istehsalın dondurulması anlaşmasının vaxtının uzadılıb-uzadılmaması barədə qərar veriləcək. OPEK üzvləri uzadılmanın tərəfdarı olsa da, Rusiya bir neçə dəfə buna ehtiyac olmadığını bildirib.

Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, ABŞ-da xam neft ehtiyatları ötən həftə 1,86 milyon barel azalıb. İstehsalın azalması isə Qərbi Texas neftinin qiymətlərinə müsbət təsir edib. «WTİ» nefti 2015-ci ildən bu yana ilk dəfə 58 dollardan baha satılıb. 58,06 dollara qədər bahalaşan ABŞ nefti hazırda 57,88 dollardan təklif olunur.