vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
19:46 | 23 noyabr 2017 | Cümə axşamı Məqaləyə 1909 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putin Rusiyanı müharibəyə hazırlayir?

«Əgər qalib gəlmək istəyiriksə, ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Independent» yazır ki, Vladimir Putin ölkənin biznes başçılarını istehsalı istənilən anda hərbi məhsullara çevirməyə hazır olmağa çağırıb.

O, bu bəyanatı ötən çərşənbə günü ölkə hərbiyyəsinin Soçi şəhərində keçirilən konfransında verib.

«İqtisadiyyatımızın istənilən bir vaxtda hərbi məhsulu və xidmətləri artırmağa hazır olması hərbi təhlükəsizliyin ən mühüm aspektlərindən biridir, - cənab Putin deyib, - Bu mənada bütün strateji və sadəcə, sahibkarlığın istənilən formasındakı böyük müəssisələr hazır olmalıdırlar».

Bundan bir gün əvvəl Rusiya prezidenti hərbi texnologiyalar sahəsində Qərbi ötüb keçməyin vacibliyindən söz açmışdı.

«Ordumuz və donanmamız ən yaxşı hərbi avadanlığa malik olmalıdır - xarici avadanlıqlan daha keyfiyyətli avadanlığa, - Putin demişdi, - Əgər qalib gəlmək istəyiriksə, daha yaxşı olmalıyıq».

Məqalədə deyilir ki, Rusiya üçün çətin başa gəlmiş 2008-ci il Gürcüstan müharibəsindən bəri Rusiya hərbiyyəsi ekstensiv modernləşməyə məruz qalıb.

Köhnəlmiş sovet avadanlığından imtina edilib. Hazırda yeni hərbi avadanlığın sınaqları dövrü yaşanır. Komanda strukturları yeniləşdirilib. Hərbi büdcə əhəmiyyətli dərəcədə artırılıb.

Bu il hərbi xərclər üçün 3 trilyon rubl (51 milyard dollar) xərclənməsi nəzərdə tutulub. Bu 2016-cı ilin büdcəsi nəzərə alınmazsa rekord göstəricidir.

Bu rekord göstərici NATO-nun Avropa üçün büdcəsinin yalnız 30 faizi qədər olsa da, bir çox ölkələr «Rusiya təhlükəsinə» reaksiya olaraq öz hərbi büdcələrini artırır.

Rusiyadan gələn kiber və hərbi təhlükələrə reaksiya olaraq NATO-nun da hərbi komanda strukturu yenidən qurulub.

Ötən bazar ertəsi Britaniyanın baş naziri Tereza Mey (Theresa May) demişdi ki, Birləşmiş Krallıq «Rusiya düşmənçiliyinə» cavab tədbirləri görəcək.

O, Rusiyaya müraciətlə «biz sizin nə etdiyinizi bilirik» demişdi.

Rusiya dövlət telekanalının «Vesti Nedeli» proqramında Dmitri Kiselyov Britaniya baş nazirinin bu bəyanatına kifayət qədər qaba şərh vermişdi.

«O özünün ən aqrerssiv antirus çıxışını edib. Bununla o, yalnız yorğun vücudunun ağlığını ört-basdır edib», - Kiselyov deyib.

Kiselyov ona da diqqət yetirib ki, Britaniya baş naziri şərab qədəhini kübar qadınlar kimi ayağından yox, stəkan kimi gövdəsindən yapışaraq tutub.