vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
23:52 | 23 noyabr 2017 | Cümə axşamı Məqaləyə 2538 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gəlməyəcəyini dəqiq bilirəm...!

(Natiq Qədimovun böyük xatirəsinə kiçik bir ithaf)

Nəsimi NƏBİZADƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

«News room»un bir küncündə o oturub, bir küncündə mən... qulağında «nauşnik» var, təcili süjet verməlidir, montajı yekunlaşdırdığını öz səsini eşitmədiyindən anlayıram... çünki qışqırır:

- Nəska...!

Əlimdə gördüyüm işə mane olduğu üçün mənim səsim onunkundan beş-betər çıxır:

- Alə, həəə...!!!

- Süjet yüksək səviyyədə, bi dənə mətnə bax, o didiyün iki dənə kadrı da at mənə, «dadanq» (bu tapıntısını xüsusi vurğulayır) material «qotov»...!

 

***

 

Çay içmək istəyirəm, həmişəki kimi diş arasına qoymağa heç nəyim yoxdu... bilirəm ki, siyirtməsi doludu:

- Əmi...

Məsələ səsimin tonundan ona məlumdur... başını stoldan qaldırmadan:

- Şüşəli qənfet verə bilərəm, «dolqoiqrayuşşidi»...

Yerimdən qalxıb, qənfetimi almağa getmək istəyirəm...

- Yox, gəlmə... tut, özü gəlir – aləəə... və şirnini elə atır ki, otağın bu küncündə düz gəlib düşür ovucuma... mən də «aləəə» kəsilməmiş, bir nidalı «hop»la prosesi yekunlaşdırıram...

 

***

 

- Nəsi...

- Bəli, Qədimov...

- Dur gedəy bi dənə siqaret çəkəy...

- Getdik...

Düşürük aşağı, o, cibindən «nazik qara-göy Viceroy»unu, mən də «qalın West»imi çıxarıb, adama birini yandırırıq... 5 dəqiqəyə siqaretləri atırıq... dilxor olduğunu hiss edirəm:

- Noolub...?

- Alə, heç nə... voopşe bi dənə o «qalınından» ver, bu «matişkə siqareti» doyuzdurmadı...

 

***

 

İşə hamıdan gec gəlib və tez:

- Sabahçağıvuz xeyir...! kim yemək gətirməyibsə, marketə getməsin... bilirsüz nələr gətirmişəm...?! amma maşındadı... mənə üzünü tutaraq:

- Nəska, «obed»dən qabaq siqaretə düşəndə gətirərik...

- Yes...

Dediyi vaxt düşürük... sağ qapını açır, azı 20-30 göy qutabıdı, birini götürüb, mənə:

- Səddam Hüseyn yiyən qutabdandı ee, tez birini burda ötür...

- Alə, aparaq qızdıraq sonra da...

- Alə, ye, orda çox çatmıycəy sənə...

 

***

 

Elə indicə, bu xatirələri yazarkən yadıma düşdü... mənə hərdən deyirdi:

- Nəska, inan ki, elə bilirəm mənim qardaşım təkcə Namiq deyil, sən də ikinci qardaşımsan... sonra da gülümsəyərək - «alə, «kakraz» sənün də adun «N»yla başlayır»...

Deyəsən, Natiqin həyatında «2» rəqəminin doğrudan da qəribə yeri var... iyulun 2-də doğulub (həmin tarix həm də polis günü kimi qeyd olunur)... maraqlıdır, o jurnalist kimi hüquq-mühafizə orqanları ilə işlədi, məhz kriminal müxbir kimi məşhurlaşdı... dünən, noyabrın 22-də isə bizimlə əbədi vidalaşdı... Natiqin illərdir sürdüyü «qoşa fara» «Mercedes»in dövlət nömrə nişanının son iki rəqəmi 22-dir... həyat belə gətirdi ki, Natiq iki dəfə ailə qurdu... onun bir oğlu var, ikinci övladı isə bildiyim qədəri ilə 2 aydan sonra doğulacaq...

P.S. Səni tanıdığım bu illər ərzində nə sözünü dəyişdiyini, nə ikiüzlüyünü, nə də ikibaşlı danışdığını gördüm... ona görə də bu «2»ləri sənə bağışlayıram, həm də həyata ikinci NATİQ QƏDİMOVun gəlməyəcəyini dəqiq bilirəm...!

Qardaşın, Nəsimi Nəbizadə... 23 noyabr, 2017-ci il