vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
11:01 | 24 noyabr 2017 | Cümə Məqaləyə 2344 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... AYİB Azərbaycana yarım milyard kredit ayıracaq

Yol infrastrukturunun yenilənməsi üçün ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2018-ci ildə Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılmasına dəstək olacaq.

Bunu AYİB-in Şərqi Avropa və Qafqaz üzrə direktoru Fransis Malij «Report» agentliyinə açıqlamasında deyib.

«AYİB gələn il Azərbaycanda çox böyük layihələr həyata keçirməyi nəzərdən keçirir. Bank Gəncədən Gürcüstan sərhədindəki «Qırmızı körpü»yədək olan avtomobil yolunun yenilənməsinə maliyyə ayırmağı düşünür. Həmçinin Azərbaycanda ikinci dərəcəli yol şəbəkəsinin yaxşılaşdırılmasına investisiya yatırmağı davam etdirəcəyik. AYİB gələn il də Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində yerli kiçik və orta həcmli şirkətlər və banklarla işini davam etdirəcək. 2018-ci ildə icra ediləcək həmin yol infrastrukturu layihələrinin ümumi büdcəsi 300-500 milyon dollar arası dəyişir», F.Malij bildirib.