vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
CƏMİYYƏT  
11:49 | 24 noyabr 2017 | Cümə Məqaləyə 2225 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dələduz»la görüşü «skandal» yaratdı

Ərdoğanın müşavirinin Bakıda «zühur edən» qondarma «Mehdi» ilə görüşü Türkiyədə qalmaqala səbəb oldu

Bu günlərdə Bakıda səfərdə olan Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu və AKP Ordu millət vəkili Mətin Gündoğdu Bakıda «zühur edən» qondarma «imam Mehdi» ilə görüşüb. Virtialaz.org xəbər verir ki, görüş ötən həftənin şənbə günü baş tutub. Görüş faktını özünü «imam Mehdi» adlandıran Kazım Əziz adlı həmin şəxs yerli saytlara açıqlamasında təsdiq edib.

Kazım Əziz adlı şəxs Bakının Kürdəxanı qəsəbəsinin sakinidir, 2015-ci ildə o, internetdə yaydığı çıxışında özünü «imam Mehdi» adlandırıb. Bir çox məmurlarla, o cümlədən Türkiyənin tanınmış xadimləri ilə «əlaqələrinin olduğunu» iddia edib.

Yalçın Topçu və Mətin Gündoğdu Bakıya sonuncunun rəhbərlik etdiyi «Yerli Düşüncə Dərnəyi»nin təşkil etdiyi «Türk filmləri həftəsi» tədbirləri üçün gəlib. Bu tədbirlərə Türkiyənin Mədəniyyət Nazirliyi sponsorluq edib.

Kürdəxanılı «imam Mehdi» deyir ki, Yalçın Topçu və Mətin Gündoğdu ilə görüşündə onlara prezident Ərdoğana çatdırmaq üçün məktub da təqdim edib. «Ərdoğan ancaq mənim sayəmdə dünya lideri ola bilər. Onun Trampa və Putinə sözü keçməz, ancaq mənim sayəmdə və Allaha dua etməyimlə onlar üzərində təsirə malik ola bilər», - deyə «imam Mehdi» yüksək rütbəli türkiyəli rəsmilərə bildirib.

«Türkiyənin dünyada söz sahibi olmasını, Avropanın, Rusiyanın Amerikanın onunla hesablaşmasını istəyirsinizsə məni Rəislə görüşdürün», - kürdəxanılı «Mehdi sahib əz-zaman» türkiyəli rəsmilərə Ərdoğanla görüş istəyini də çatdırıb.

Türkiyənin aydınlık.com.tr saytı prezidentin müşavirinin və hakim partiya millət vəkilinin özünü «Mehdi» adlandıran, Azərbaycanda «saxtakar, dələduz» kimi tanınan biriylə görüşməsini «skandal» adlandırır. Bildirilir ki, bu görüş sosial şəbəkələrdə kəskin tənqid edilib, Türkiyə cümhuriyyətinin etibarını zədələyən hadisə adlandırılıb.