vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
16:29 | 24 noyabr 2017 | Cümə Məqaləyə 2193 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Biz onlarla əməkdaşlıq edəcəyik»

Merkel Rusiyanın Ermənistan və Azərbaycanla münasibətlərdəki rolu haqda

MÖVZU İLƏ ƏLAQƏLİ

«Avropa İttifaqı üçün aydındır ki, Rusiya «Şərq tərəfdaşlığı» ölkələri ilə münasibətlərdə əsas rol oynayır». APA-nın məlumatına görə, bunu «Şərq tərəfdaşlığı» sammitinin açılışında Almaniya kansleri Angela Merkel bəyan edib.

O, «Şərq tərəfdaşlığı» əhəmiyyətinə toxunaraq bildirib ki, əsas məqamlardan biri insanların həyat səviyyəsinin yüksəldilməsi və demokratiyanın inkişafıdır, digəri isə təhlükəsizlik məsələsidir: «Bu üzdən də Gürcüstan, Moldova və Ukrayna ilə Assosiasiya sazişi imzaladığımız üçün çox sevinirəm. İndi isə Azərbaycan və Ermənistanla tərəfdaşlıq haqqında saziş imzalayacağıq. Doğrudur, bu, Assosiasiya sazişi kimi intensiv olmayacaq, lakin biz onlarla əməkdaşlıq edəcəyik. Aydındır ki, bu ölkələrin Rusiya ilə münasibətləri əsas rol oynayır. Bu səbəbdən də ümidvaram ki, bugünkü dialoq zamanı bu ölkələrdə daxili siyasi durumun hansı vəziyyətdə olduğunu anlayacağıq».