vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 iyun 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9745 AZN
Rusiya rublu 1 RUB = 0.0267 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2548 AZN
Türk lirəsi 1 TRY = 0.3585 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
RƏY, REPLİKA  
16:33 | 24 noyabr 2017 | Cümə Məqaləyə 691 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?»

Nazir deputatın sualına sualla cavab verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov müavinlərindən birinin əlil olması barədə deputatların təklifinə münasibət bildirib.

APA-nın xəbərinə görə, nazir bildirib ki, əlilliyi olan şəxslərə ayrıca bir kateqoriya kimi baxılmasının əleyhinədir: «Bu, yanlış bir addım olardı. Əgər hansısa bir əlilliyi olan şəxs həmin səviyyəyədək yetişə bilərsə, bu, təmin oluna bilər. Nazir müavinin təyinatını ölkə başçısı həyata keçirir. Məncə, bu məsələlərə qarışmaq doğru deyil. Yaxşı, mən də sual ünvanlayıram: niyə parlament seçkilərində əlilliyi olan şəxsin namizədliyini irəli sürmürsünüz?! Əlilliyi olan şəxslərə ayrıca kateqoriyadan olan insanlar kimi baxmaq doğru deyil. O şəxslərin öz qabiliyyətlərinə, bacarıqlarına uyğun işlə təmin olunmasına nail olmalıyıq. Bir dönəm bir ifadə dəbə düşmüşdü, hamı deyirdi ki, hər bir qurumda bir qadına vəzifə verilməlidir. Bu, yanlış yanaşmadır. Hər kəs öz bacarığına uyğun vəzifə tutmalıdır. Əlillər bizlərdən biridir. Onlara fərq qoyulmamalıdır».

Qeyd edək ki, Milli Məclisin dünən keçirilən plenar iclasında millət vəkili Zahid Oruc əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərindən birinin Qarabağ müharibəsi əlili olmasını təklif edib. Onun fikrincə, Qarabağ müharibəsi əlili problemlərə daha yaxından bələd olduğundan onların problemlərinin həllində yaxından iştirak edə bilər.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *