vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
20:48 | 24 noyabr 2017 | Cümə Məqaləyə 2176 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«95 faizi razılaşıb»

Səudiyyə vəliəhdi ilk dəfə həbs olunan şahzadələr barədə danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Səudiyyə Ərəbistanının korrupsiyada ittiham olunaraq həbs edilən şahzadə və iş adamlarından bir neçəsi istisna olmaqla, əksəriyyəti krallığın onlara məxsus sərvətin bir hissəsinin dövlətin hesabına keçirilməsi təklifi ilə razılaşıb.

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu şahzadə Məhəmməd bin Salman əl-Səud deyib. O, həmçinin 200 nəfərin həbsi ilə nəticələnən əməliyyatın iki il ərzində hazırlandığını bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə taxta çıxan kral Salman bin Əbdül-Əziz əl-Səud ölkədəki korrupsiya səviyyəsilə iqtisadi inkişafa nail olunmayacağı qərarına gəlib və buna son qoyulmasını tələb edib. İki il ərzində krallıqdakı korrupsiya şəbəkəsi barədə məlumat toplandıqdan sonra xüsusi əməliyyata başlanılıb. İndi həbs olunan şahzadələrə iki variant təklif olunub. Onlara sahib olduğu aktivləri krallıq hesabına keçirməklə cəzadan azad olmaq, yaxud veriləcək cəzanı qəbul etmək şərti qoyulub. Həbs olunanların 95 faizi aktivlərin təhvil verilməsinə razılaşıb. Bu isə krallıq büdcəsinə ümumilikdə 100 milyard dollara yaxın vəsaitin daxil olması deməkdir. Saxlanılanlardan 4 faizi günahını qəbul etməyib, 1 faizi isə təqsirsizliklərini isbatlamağa hazır olduğunu iddia edib.

Krallıq qanunlarına görə, prokuror müstəqildir və onun işinə müdaxilə edilə bilməz. Kral yalnız onu vəzifədən kənarlaşdıra bilər ki, istintaqın gedişi prosesində hələlik bu mümkün deyil.

Qeyd edək ki, şahzadə həbs olunanlara aid biznes şəbəkəsinin müflis edilməyəcəyini də vurğulayıb.