vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
23:29 | 24 noyabr 2017 | Cümə Məqaləyə 3200 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pambığın qozaları niyə açılmır?

Məhsul yığımı dekabra qədər uzana bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Füzulidə pambıq yığımı davam edir. Hazırda rayonda hər hektardan orta hesabla 15 sentner məhsul əldə olunur. Lakin təsərrüfat sahələrinin bəzilərində yaranan problem bu göstəricinin iki dəfə artmasına mane olur. Fermerlər bunu sahələrə səpdikləri dərmanın keyfiyyətsiz olması ilə əlaqələndirir. Təsərrüfat sahibləri deyir ki, pambıq yığımının gecikməsi onun keyfiyyətinə də mənfi təsir edir.

Füzuli rayon İcra Hakimiyyətindən isə şifahi olaraq bildirildi ki, yaranan problemin səbəbi sahələrə səpilən dərmanlarda deyil, son günlər intensiv yağan yağışlardır. Düşən yağıntı dərmanların təsir gücünü azaldıb. Nəticədə pambıq qozalarının açılması ləngiyib. Lakin buna baxmayaraq, tarlalarda yığım işi davam edir. Fermerlər əsasən əl yığımına üstünlük verir. Bu da öz növbəsində sakinlərin mövsümü işlə təmin olunmasına şərait yaradır.

Bu il Füzuli rayonu üzrə 2050 hektar ərazidə pambıq əkilib. Hazırda isə rayon üzrə 1800 tondan çox məhsul tədarük olunub. Qozaların açılması ləngidiyi üçün yığımın dekabr ayına qədər aparılacağı bildirilir.