vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 17 iyul 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9817 AZN
Rusiya rublu 1 RUB = 0.0273 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2390 AZN
Türk lirəsi 1 TRY = 0.3502 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
QƏZA, FACİƏ  
11:21 | 25 noyabr 2017 | Şənbə Məqaləyə 646 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyada ikinci «Çernobıl qəzası» baş veribmi?

Çelyabinskdəki radiasiya sızıntısının sirri

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlərdə Avropanın başının üstündə yeni radiasiya kabusu çöküb. Belə ki, Avropa məkanında Rutenium-106 maddəsinin hələ ki sağlamlığa təhlükəli olmayan dərəcədə izləri ortaya çıxıb. Bu maddə sızıntısının mənbəyinin isə Rusiya olduğu aşkarlanıb.

Rusiya hakimiyyəti uzun müddət bu faktı hər kəsdən gizlətməyə çalışıb.

Yalnız son vaxtlarda «Rosqidromet» xidməti 25 sentyabr-1 oktyabr aralığında Rutenium-106 maddəsinin normadan artıq konsentrasiyada mövcud olduğunu etiraf etməyə məcbur qalıb.

Radiaktiv sızıntının episentri olaraq Uralın cənubunda Arqayaş məntəqəsi müəyyən olunub. Arqayaş Çelyabinsk şəhərindən azca aralıda yerləşir. Bu bölgədə Rutenium-106 maddəsinin normanı 986 dəfə aşdığı təsbit olunub. Həmin yerdə Rusiyanın nüvə silahının istehsal edildiyi «Mayak» obyekti mövcuddur.

Avropa ekspertləri hazırda bu cür narahatediici hadisəyə görə, Rusiyanı və onun köhnəlmiş nüvə təhlükəsizlik sistemini günahlandırırlar.

Mətbuatın yazdığına görə, SSRİ-də ilk nüvə kompleksi sayılan «Mayak» 1948-ci ildə gizli bir şəraitdə qurulub. Bu obyekt ətrafında olan bütün şəhərlər , o cümlədən Çelyabinsk-65 kod adı altında Ozerks şəhərinin adı xəritələrdən silinib. Şəhərin adı dəyişdirilərək Kıştım adlandırılıb. Sovet hakimiyyəti insanların həyatına təhlükə yaradacağını nəzərə almadan burada radioktiv maddələrin kütləvi istehsalını həyata keçrib. İlk dövrlərdə radioktiv tullantılar «Mayak»ın qurulduğu Teça çayına tökülüb. Lakin ekoloji fəlakət risqi meydana gəldiyi üçün bu tullantıları Qaraçay gölünə atıblar. Hazırda bu zona dünyanın ən çirkli bölgələrindən biri sayılır.

Texniki yetərsizlik ucbatından burada güclü qəza baş verir. 1957-ci ilin sentyabrın 29-da meydana gələn bu insident tarixə «Kıştım qəzası» kimi düşüb.

Partlayış nəticəsində havaya 70-80 ton radioaktiv tullantı axıdılıb. Və yalnız bir həftədən sonra (!) hakimiyyət yerli əhalini evakuasiya etmək qərarına gəlib. Lakin bu vaxta qədər insanların bir çoxu təhlükəli dozada radioktiv şüalanmaya məruz qalıblar. Ətraf 20 km-də isə bütün ağaclar məhv olub.

Bu məlumat sovet dönəmində olduqca gizli tutulub. 1960-cı ildə ABŞ kəşfiyyatı qəzanın səbəblərini öyrənmək üçün oraya casus təyyarə göndərib. Lakin sovet əks kəşfiyyatı qəza yerini çəkməyə çalışan pilot Geri Pauersi ələ keçirməyə müvəffəq olub. Qərb mətbuatı işin üstünü 1976-cı ildə açıb. Böyük Britaniyada mühacir həyatı yaşayan Jores Medvedev «New Scientist» jurnalında «Kıştım insidenti» barədə ictimaiyyəti məlumatlandırıb.

Mütəxəssislərin söylədiyinə görə, Kıştım fəlakəti Beynəlxalq nüvə şkalasının 7 dərəcəsindən 6-nı göstərib. Bu Çernobıl və Fukisima fəlakətlərindən daha dəhşətlidir.

Uzun müddətdən bəri ekspertlər Ozerks şəhərində vəziyyətin fərqli olmadığını qeyd edilər. Hələ də radioktiv tullantıların bir çoxu Teça çayına axıdılmaqda davam edir, yaxın şəhərlərdən insanlar bu vaxta kimi evakuasiya edilməyiblər.

İndi 60 il sonra qərb ekspertləri «Mayak»ın bloklarından birində yenidən qəza olmasından şübhələnirlər.

Ruslar xəbərin çıxdığı ilk dövrlərdə hətta sızınıtının Rusiyadan deyil, Avropadan olduğunu iddia edirmişlər. İsveçrənin «Le Temps» qəzetinin yazarı Emmanuel Qrinşpanın yazdığlna görə, rusların bu yalançılığı onların reputasiyasını ciddi təhlükə altında qoyur. Bu isə Rusiya atom enerji sənayesinin 25 ölkədə planlaşdırdığı 100 milyardlıq biznesinə (AES-lərin tikilməsi nəzərdə tutulur-red.) ağır zərbə endirir.

Rusiyanın sonuncu insidenti ümumiyyətlə görməzliyə vurmasını elə öz mətbuat orqanlarından görmək olar. Qəzetlər Rutenium-106 sızıntısı barədə gedən xəbərlərin üzərindən sükutla keçirlər. Müxalif siyasətçi Aleksey Navalnı özünün youtube müraciətlərindən birində mövzuya toxunub və rutenium sızıntısı ətrafında yaranan müəmmanın eynilə Çernobıl qəzasından sonrakı vəziyyəti xatırlatdığını bildirib.

Avropalı mütəxəssislərə tək təsəlli verən bu maddənin 273 gün sonra yoxa çıxması və onu insan həyatına təhlükə törətməyəcək dərəcədə yayılmasıdır.

Böyük Britaniyanın «Financial Times» qəzetinin müxbiri Henri Foy hadisənin episentri sayılan Arqayaş qəsəbəsindən yazıb. Müxbir qəsəbə əhalisinin qorxu içində olduğunu qeyd edir.

«Çelyabinsk vilayətinin baş onkoloqu isə hamını sakit olmağa, futbola baxmağa və pivə içməyə çağırıb. Kənd əhalisi onun bu bəyanatına istehza ilə yanaşır. «Bizi burada heç kim müdafiə etmir. Biz ekoloji vəziyyətin necə pis olduğunu bilirik, lakin yaşamağa məcburuq», - kənd sakini Liliya Qalimjanova müxbirə söyləyib.

Nəhayət, onu da qeyd etmək lazımdır ki, adı çəkilən Kıştım, Arqayaş kimi yaşayış məskənlərində əsasən etnik tatarlar və başqırdlar yaşayır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *