vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
11:54 | 25 noyabr 2017 | Şənbə Məqaləyə 2240 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AB-dən həyati əhəmiyyətli qərar

Brüssel Avropa şirkətlərinə Qarabağda işləməyi qadağan etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Avropa Komissiyasının işğal olunmuş ərazilərdə kommersiya fəaliyyəti ilə bağlı xəbərdarlığı Avropa Birliyi (AB) fiziki və hüquqi şəxslərinin işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətinin qarşısının alınması ilə bağlı ölkəmizin legitim tələblərinin yerinə yetirilməsi istiqamətində atılmış ilkin addımdır».

Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, Avropa Komissiyasının Ticarət üzrə Baş Direktorluğunun rəsmi internet səhifəsində bazara giriş haqqında məlumat bazasında Avropa Birliyi (AB) şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində kommersiya fəaliyyətinin yaradacağı məsuliyyət haqqında xəbərdarlıq yerləşdirilib: «Sözügedən xəbərdarlıqda qeyd olunur ki, Azərbaycan qanunvericiliyinə əsasən Dağlıq Qarabağ və ətraf ərazilərdə birbaşa və ya filialları vasitəsilə kommersiya fəaliyyəti göstərən Avropa Birliyi şirkətləri mülki və cinayət məsuliyyətinə cəlb olunma riski daşıyır. Bu cür fəaliyyət Azərbaycanda həmin fəaliyyəti aparan fərdlərə və müvafiq biznes barəsində cinayət təqibi və ya digər hüquqi tədbirlərin görülməsi ilə nəticələnə, gələcəkdə Azərbaycana səfər imkanına təsir edə bilər. AB ilə bütün səviyyələrdə, habelə mövcud dialoq formatları, eyni zamanda AB üzv ölkələri ilə ikitərəfli iqtisadi-ticarət əməkdaşlığı üzrə müştərək komissiyalar çərçivəsində məsələ ilə bağlı prinsipial mövqeyimizin təbliğinin davamlılığı ilkin nəticənin əldə olunmasında mühüm rol oynayıb. Bu tendensiyanın saxlanılması gələcəkdə AB tərəfindən növbəti və daha təsirli tədbirlərin görülməsini istisna etmir».

H.Hacıyev bildirib ki, xəbərdarlıq mətnində Azərbaycan qanunvericiliyinə istinad edilməsi işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar üzərində Azərbaycanın yurisdiksiyasının tanınması anlamına gəlir: «Onu da nəzərinizə çatdırırıq ki, Ermənistan-Azərbaycan münaqişəsi kontekstində AB tərəfindən ölkəmizlə bağlı siyasi qərarlar qəbul edilərkən AB-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsinin - EUSR ofisinin rəyi əsas götürülür. EUSR öz fəaliyyətində AB Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinə (AB üzv ölkələrinin səfirləri) hesabat verir və ondan tövsiyələr alır. Bu isə o deməkdir ki, harada dərc olunmasından asılı olmayaraq, yuxarıdakı xəbərdarlığa bütün AB üzv ölkələri birmənalı şəkildə riayət etməlidir. Əcnəbi hüquqi və fiziki şəxslərin işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi-ticarət fəaliyyətindən çəkindirilməsinin vacibliyi ilə bağlı ölkəmizin üzv olduğu Avropa təsisatlarında aparılan müzakirələr zamanı yuxarıdakı xəbərdarlıqdan istifadə edilməsi prinsipial mövqeyimizin irəlilədilməsi istiqamətində yardımçı rol oynaya bilər».