vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 23 aprel 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.0981 AZN
Rusiya rublu 1 RUB = 0.0279 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3933 AZN
Türk lirəsi 1 TRY = 0.4202 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
ANALİZ  
20:48 | 25 noyabr 2017 | Şənbə Məqaləyə 566 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropa İttifaqı ilə imzalanan müqavilənin simvolik önəmi

Ermənilər talelərini heç də Moskvaya bağlamağı düşünmür

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın Avropa Birliyi ilə imzaladığı sənədin məzmunu yox, simvolik dəyəri önəmlidir.

Məzmun Sərkisyanın 2013-cü ildə Rusiyanın təzyiqi ilə imzalamaqdan imtina etdiyi Assosiasiya Sazişinin siyasi hissəsindən (kiçik əlavə və dəyişikliklə) ibarətdir. Gürcüstan, Ukrayna və Moldovanın imzaladığı sazişdən fərqli olaraq, burada iqtisadi hissə - azad ticarət zonasının yaradılması barədə müddəalar yoxdur, çünki Ermənistan Avrasiya İqtisadi İttifaqına və onun Gömrük Birliyinə qoşulduğu üçün başqa bir gömrük məkanında yer alması mümkün deyil. Viza rejiminin ləğvindən də söhbət getmir, sadəcə, sazişdə «lazım olan vaxtda viza liberallaşdırılması barədə danışıqlara başlamaq» nəzərdə tutulur. Tərcüməsi odur ki, Ermənistan Rusiyanın qəzəbinə gəlməyəcəyini anladığı və yəqinləşdirdiyi anda AB ilə bu barədə sənəd imzalamağa hazır olacaq.

Daha öncə də burada yazmışdım ki, Ermənistanı Rusiyanın köləsi və ondan icazəsiz nəfəs almayan, su içməyən dövlət kimi görməyimiz reallığa o qədər də uyğun deyil. Şübhəsiz ki, Rusiyanın Ermənistan üzərində çox ciddi təsiri və ağırlığı var, amma Ermənistan dövrün, günün şərtlərinin imkan verdiyi ölçüdə maksimum öz iradəsini də ortaya qoymağa çalışır və bəzi hallarda bunu bacarır. Ermənilər çox gözəl anlayır ki, Rusiya bu gün Azərbaycan və ehtimal olunan Türkiyə təhlükəsindən qorunmaq üçün onlara lazım olsa da, uzunmüddətli perspektivdə öz talelərini sadəcə Moskvaya bağlamaq mükəmməl seçim deyil. Eyni zamanda, çox əhəmiyyətli bir amil var: erməni xalqının, erməniliyin əsas gücü və enerjisi Ermənistandan kənardadır. Erməni icmalarının güclü olduğu 4 əsas mərkəz mövcuddur: ABŞ, Avropa, Cənubi Amerika və Rusiya. Ermənistan dövləti və xalqının Rusiya xaricindəki digər 3 mərkəzdən ayrı qalması mümkün deyil. AB ilə imzalanmış «Genişləndirilmiş hərtərəfli əməkdaşlığa dair saziş» birbaşa olmasa da, dolayı olaraq əslində ermənilərin ermənilərlə qovuşmasına zəmin yaratmağa xidmət edir, Ermənistan üçün dünyanın Rusiyadan ibarət olmadığı mənasına gəlir. Məhz bu baxımdan hazırkı mərhələdə bu addımın simvolik anlamı daha öndədir.

Lakin Ermənistanın Rusiyanın himayəçiliyindən imtina edəcəyini gözləməyə də dəyməz. Çünki ermənilərin Rusiya ilə müttəfiqlikdən əldə edə biləcəkləri, qazanacaqları hələ bitməyib. Belə bir düşüncə var ki, Türkiyənin zəifləyəcəyi bir anda Rusiyanın yardımı ilə vaxtilə ermənilərin yaşadığı Anadolu torpaqlarını Türkiyədən qoparmaq mümkün ola bilər və bunun yolu Rusiyanı 1921-ci il Moskva/Qars müqavilələrindən çıxmağa inandırıb, 1-ci dünya savaşı dövründə mövcud olmuş status-kvoya qayıtmaqdan keçir. Bir məqamı diqqətinizə çatdırım ki, Rusiya Dövlət Dumasının «erməni soyqırımı»nın tanınması barədə rəsmi qərarının adında və mətnində Türkiyənin ermənilərin iddia irəli sürdüyü şərq vilayətləri «Qərbi Ermənistan torpaqları» adlandırılır. Ermənilərin bu iddiaları gerçəkləşməsi imkansız olan xəyal kimi görünsə də, hər şeyin xəyal qurmaqdan başladığını unutmaq olmaz. İkinci dünya savaşından sonra onlar üçün belə bir tarixi fürsət yaranmışdı, lakin ABŞ və Britaniya Stalinin planlarına razılıq vermədilər və Türkiyə NATO-ya qoşulmaqla təhlükədən xilas oldu.

Bizdə və Türkiyədə yayılmış bəzi fikirlərin əksinə olaraq, avroatlantik inteqrasiya Türkiyə üçün həyati məsələdir. Bizim üçün də az vacib deyil. Amma Dağlıq Qarabağ münaqişəsinin həllində istər Rusiya, istərsə də Qərbin mövqeyinin köklü şəkildə dəyişəcəyini gözləmək mövcud reallıqla uyğun gəlmir. Həll prinsipləri çoxdan müəyyənləşib (2007-2009 Madrid prinsipləri) və biz də buna razılıq vermişik. Qarşıdakı illərdə bəlkə tarixi proseslər önümüzə hansısa fürsətlər çıxara bilər, onu indidən bilmək təbii ki, mümkünsüzdür.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)