vaxtlı-vaxtında oxuyun! Bazar, 20 may 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.0069 AZN
Rusiya rublu 1 RUB = 0.0273 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2966 AZN
Türk lirəsi 1 TRY = 0.3806 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ANALİZ  
20:56 | 25 noyabr 2017 | Şənbə Məqaləyə 502 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Muqabedən sonra növbə kimdədir?

Devrilmək növbəsi çatmış diktatorların siyahısı

Xəqani CƏFƏROV

MÖVZU İLƏ ƏLAQƏLİ

Zimbabvedə xalq diktator Robert Muqabenin hakimiyyətdən devrilməsini bayram etdiyi bir vaxtda ekspertlər diqqəti Afrikadakı digər diktatorlara yönəldərək, onların «yarpaq tökümü»nün başlaya biləcəyini qeyd edirlər.

Məsələ ondan ibarətdir ki, Zimbabvedə Muqabenin 37 illik hakimiyyətinə son qoyulsa da, Ekvatorial Qiveniyada keçmiş hərbiçi Teodor Obianq Nqema Mbasoqonun 38 illik diktaturası hələ də davam edir. Mbasoqonun diktaturası Afrikada ən uzun sürən hakimiyyətdir. Çox maraqlıdır ki, Mbasoqo hakimiyyətə 3 avqust 1979-cu ildə ondan əvvəl Ekvatorial Qiveniyanın diktatoru olan və ağlını itirmiş əmisini devirməklə gəlib. Ölkədə diktaturanı daha da sərtləşdirən Mbasoqo yerli mətbuat tərəfindən Allahla da müqayisə edilir.

Mbasoqonun diktator əmisi dəli olmuşdusa, onun özünü də çox ağıllı hesab etmək olmaz. Məsələn, neft müqaviləsi imzalamaq üçün ölkəsinə gələn İspaniya nümayəndə heyəti ilə görüşdə Mbasoqo «Güman edirəm ki, mən həqiqətən diktatoram»,- deməklə qonaqları təəccübləndirmişdi.

Qeyd edək ki, Mbasoqonun ölkəsi zəngin neft və qaz yataqlarına malikdir. Buna görə də onun ölkəsi Zimbabvedən fərqli olaraq kəskin iqtisadi böhran yaşamır.

Xərçəng xəstəliyindən əziyyət çəkən diktatorun özü isə 38 il iqtidarda olmasına baxmayaraq, hakimiyyətdən getmək haqqında düşünmür. Diktatorun xəstəlik səbəbindən hakimiyyətini böyük oğluna vermək istəməsi haqqında 2014-cü ildə yayılan söz-söhbətlər isə şayiə olaraq qalıb. Belə görünür ki, 75 yaşlı Mbasoqo oğlu və yaxud başqa bir yaxın qohumu tərəfindən devrilməyənə qədər hakimiyyətdən getməyəcək.

Kamerunun 84 yaşlı diktatoru Pol Biyya hakimiyyətə 1982-ci ildə gəlsə də, o da iqtidardan getmək haqqında düşünmür. Biyya 1982-ci ildə dövlət başçısı postuna baş nazir kürsüsündən gəlib. 7 illik baş nazirliyini də nəzərə alsaq, Biyya 42 ildir Kamerunun taleyini həll edir. Diktatorun özü isə vaxtının çox hissəsini Avropanı gəzməklə keçirir və buna görə də yerli müxalifət Biyyanı prezident-səyyah adlandırır.

Avropanın ən nüfuzlu ali məktəblərindən birini - Sorbon Universitetini bitirməsinə baxmayaraq, Pol Biyya ruhən afrikalı olaraq qalır və hakimiyyətin məhdudlaşdırılmasını ağlına gətirmir. Görünür, «əcəl mələyi» gələnə və yaxud Kamerun xalqı onu devirənə kimi 84 yaşlı diktator hakimiyyətdən əl çəkməyəcək.

Konqo Xalq Respublikasının prezidenti Deni Sassu-Nqesso 1979-cu il inqilabından sonra hakimiyyətə gəlib. Ancaq 1992-ci ildə seçkilər nəticəsində hakimiyyətdən kənarlaşdırılıb. Bundan sonra ölkədə vətəndaş müharibəsinin başlaması ilə Deni Sassu-Nqesso iqtidara qayıda bilib. Solyönümlü Konqo Əmək Partiyasının lideri olan Deni Sassu-Nqesso hakimiyyətinin ilk illərində sosializm qurmaq istəsə də, Sovet İttifaqının dağılmasından sonra bu siyasətindən əl çəkib. 1992-ci ildəki qısa fasilə nəzərə alınmasa 74 yaşlı Deni Sassu-Nqesso 38 ildir ki hakimiyyətdədir və digər Afrika diktatorları kimi xalqın seçim haqqını tanımaq istəmir. Belə görünür ki, ya təbii ölümə, ya da növbəti çevrilişə kimi Deni Sassu-Nqesso Konqo Xalq Respublikasının prezidenti olacaq.

Sudanın 73 yaşlı diktatoru Ömər Həsən Əhməd əl-Bəşirin hakimiyyəti yuxarıda bəhs etdiyimiz diktatorlarla müqayisədə az - 28 il olsa da, onun barəsində Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs orderi verilib. Bu həftə Rusiyaya səfər edən və bu ölkədə yüksək səviyyəli qonaq kimi qəbul edilən Ömər Həsən Əhməd əl-Bəşira qarşı soyqırım ittihamı var. Onun ölkədə saldığı vətəndaş müharibəsi nəticəsində 300 minə yaxın şəxs ölüb, 3 milyona yaxın insan məcburi köçkünə çevrilib. Zəmanəmizin ən sərt və qəddar diktatoru kimi tanınan Ömər Həsən Əhməd əl-Bəşir həbs təhlükəsi qarşısında olduğu üçün hakimiyyətdən könüllü getməyəcək. Sudanlılar daha 300 min itki verib onu devirməyənə qədər bu diktator hakimiyyətdə qalacaq.

Afrikada Mbasoqo, Biyya, Sassu-Nqesso və əl-Bəşir kimi diktatorlar çoxdur. Ancaq onların hamısını birləşdirən bir neçə «dəyər» var: hakimiyyət, var-dövlət hərisliyi, Moskvaya və solçuluq ideyalarına rəğbət.

Rusiya öz mahiyyətinə uyğun olaraq uzaq Afrikada da diktatorları himayə etməkdən çəkinmir. Rusiya müxalifəti isə hətta Afrikada da bir diktatorun devrilməsini Putinin devriləcəyinə işarə kimi qəbul edir və Muqabenin devrilməsinə Zimbabve xalqı qədər sevinir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *