vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
16:40 | 26 noyabr 2017 | Bazar Məqaləyə 2537 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İtaliyalı yazıçı TAP-a qarşı sabotaja çağırır

Erri De Luka əvvəl dəmiryol layihəsinə etiraz edirdi, indisə qaz kəmərinə ...

MÖVZU İLƏ ƏLAQƏLİ

İtaliyada məşhur yazıçı-şair Erri De Luka Azərbaycan qazını Avropaya nəql edəcək TAP qaz kəmərinə qarşı sabotaja çağırıb.

Virtualaz.org İtaliya KİV-lərinə istinadən xəbər verir ki, yazıçı kəmərin tikintisinin davam etdiyi Melandunyonun bir neçə kilometrliyində yerləşən Leççedə tələbələr qarşısında çıxışı zamanı kəməri «ictimai ələsalma» adlandırıb və əhalini bu kəmərə qarşı sabotajlara səsləyib.

«TAP onun tikintisinə qarşı çıxan sakinlərin və bələdiyyələrin etirazlarına baxmayaraq davam etməkdə olan ictimai ələsalmadır. Mən inanıram ki, TAP sabotaj olunacaq», - Erri De Luka bildirib.

Bundan əvvəl yazıçı İtaliyada sürətli dəmir yol qatarı layihəsinə qarşı çıxıb və bu layihəyə qarşı sabotaja çağırıb. Erri De Luka buna görə məhkəməyə də verilib. Ancaq məhkəmə onun sabotaj çağırışının zorakılığa səbəb olmadığı qənaətinə gələrək iddianı təmin etməyib.

Erri De Luka Leççe əhalisini TAP-a qarşı «bir olmağa» səsləyərək deyib ki, onun fikrincə yerli ictimaiyyətin yekdil mövqeyi kəmərin çəkilməsini ləngidəcək, işləri sabotaj edəcək.

Xatırladaq ki, İtaliyanın Leççe və Melandunyo əyalətlərində vaxtaşırı olaraq TAP kəmərinə qarşı etirazlar təşkil olunur, kəməri çəkən şirkətin ofisinə, texnikasına zərər vurulur. Bu etirazları şoumen-siyasətçi Beppe Grillonun «No TAP» ictimai komitəsi təşkil edir. Grillo Rusiya ilə sıx əlaqələrə malikdir.