vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
23:05 | 26 noyabr 2017 | Bazar Məqaləyə 6540 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qarabağ boyda dərdimiz var»

Hökumət kimi düşünməyi öyrənməliyik

Erkin QƏDİRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın Avropa Birliyilə imzaladığı anlaşmayla bağlı dünənki yazıma görə mənə verilmiş suallara (tənqid və iradlara) cavablarımı yazmağa başlayıram. (birinci yazı)

1. «Qarabağ boyda dərdimiz var».

Bu, özü-özlüyündə sual deyildi, bir irad kimi yazılmışdı. Bunu yazanlar bu ifadəni haradan götürüb? Bir neçə nəfərin şərhində təkrarlandığına görə soruşuram. Nəyisə qaçırmışam, deyəsən. Hansısa şeirdəndir? Nə isə, burası önəmli deyil. Önəmli olan - bu ifadənin qınaqla işlədilməsidir. Bu ifadə niyə qınaqla işlədilir? Qarabağ boyda dərdimiz var axı. Anladığım, düz anlamışamsa, odur ki, iqtidar tərəfdarları bu ifadəni yersiz işlədirlər deyə (harada işlədirlərsə, mənim xəbərim olmayıb), Qarabağın bütün problemlərdən üstün tutulması qıcıq oyadır. Elədirsə, çox nahaq yerə! Qarabağ, doğrudan da bütün problemlərdən üstün tutulmalıdır. Bunu (Qarabağı bütün problemlərdən üstün tutmağı) hər kəs, iqtidar tərəfdarı kimi görünə biləcəyindən çəkinmədən etməlidir.

Hökumət kimi düşünməyi öyrənməliyik. İndiki hökuməti demirəm, ümumiyyətlə hökumət kimi düşünməyi deyirəm. Bu, çox önəmlidir. Özəlliklə də müxalifətdə olanlar bunu öyrənməlidir. İndidən, müxalifətdə olarkən, öyrənməlidirlər. Bunu öyrənmədən hakimiyyətə gəlmək - bir çox problemlərin qarşısında hazırlıqsız yaxalanmaqdır. Öyrənmək demişkən, bir maraqlı kitab deyim sizə, İngilis dilini bilənlər və siyasətlə maraqlananlar oxuya bilər - «Seeing Like a State» («Dövlət kimi görmək»). Müəllif - James C.Scott (Ceyms C.Skott).

Dünənki yazımı bu sözlərlə bitirmişdim: «...sistem də, hökumət də dəyişə bilər (bir gün dəyişəcək də), amma ölkəmizin qarşılaşdığı geopolitik problemlər dəyişməyəcək. Ölkəmizdə gələcəkdə qurulacaq bütün başqa hökumətlər də xaricdən qaynaqlanan eyni problemlərlə üzləşməli olacaqlar. Sadəlövh olmayaq.» Güman ki, «Qarabağ boyda dərdimiz var» iradını bu sözlərimə görə almışdım.

İndiki iqtidar Qarabağ mövzusundan sui-istifadə edir deyə, biz bu mövzudan əl çəkməməli, mənaları təslim etməməliyik. Aydındır ki, Qarabağ problemindən, ölkəmizdəki siyasi həbslərə, seçkilərin saxtalaşdırılmasına və s. haqq qazandırmaq üçün istifadə etmək olmaz. Amma bu, heç də o demək deyil ki, ölkəmizdə demokratik seçki keçirilərsə, bütün başqa problemlər çözülərsə, bunun Qarabağ probleminin çözülməsinə müsbət təsiri olacaq. Biz bu problemləri bir-birindən ayırmağı öyrənməliyik. Ermənilərin bizdən istədikləri demokratiya və insan haqları deyil, torpaqdır.

Xarici İşlər Naziri Elmar Məmmədyarovun Qarabağ probleminə substantiv yanaşmanın olmadığından danışanda haqlıdır. «Substantiv» sözünün kontekstual anlamı çoxlarına tanış deyil deyə, bu sözə ilişənlər oldu. «Substantiv» - yəni, başqa problemlərlə əlaqələndirilmədən. Qarabağ probleminin çözümü nə demokratiya, nə korrupsiya, nə də başqa problemlərin çözümündən asılıdır. Tam əksinə, məlum mənada bu problem bütün başqa problemlərin başında gəlir. İşğal demokratikləşmənin qarşısını xeyli dərəcədə alır. Bu, haqq qazandırmaq anlamına gəlmir, kobud gerçəklikdir. Müdafiə, təhlükəsizlik, qaçqınların problemləri, bu məsələlərdə xaricdən təzyiqlər və s. - bunların hamısı böyük idari xərcləri, onlar da, öz növbəsində (başqa şərtlərlə yanaşı), hakimiyyətin təmərküzləşməsini tələb edir. Ermənistana baxmayın, o, bütün təhlükəsizlik qayğılarını Rusiyanın hesabına həll edir. Ona görə də (başqa şərtlərlə yanaşı) Ermənistandakı siyasi və iqtisadi azadlıqlarla bağlı durum bizdəkindən bir qədər yaxşıdır. Amma Ermənistan buna görə çox bahalı qiymət ödəyir - müstəqilliyinin önəmli hissəsini Rusiyaya verib. Avropayla anlaşmasında da Rusiyanı qane etməyən bütün müddəaları çıxarmalı olub.

(ardı olacaq - hər yazıda bir suala (sualları qruplaşdırmışam) cavab yazacağam)


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)