vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
DÜNYA  
21:47 | 26 noyabr 2017 | Bazar Məqaləyə 2041 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

100 milyardı olan milyarder

«Qara Cümə»nin rekorda çatdırdığı Ceff Bezos «Amazon» şirkətini 22 il əvvəl Sitldəki evinin zirzəmisində yaratmışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Amazon şirkətinin təsisçisi Ceff Bezos (Jeff Bezos) bütün Qərb dünyasında böyük satış günü sayılan «Qara Cümə» ərəfəsində 2,4 milyard dollar qazanaraq dünyanın ən yeni və yeganə 100 milyard dollarlı milyarderinə çevrilib.

Onun sərvətinin belə sürətli artımına təkan verən internet ticarətçisi olan şirkətin səhm qiymətlərinin artacağına ümidlər olub.

Həmin gün bütün dünyada baş verən alverin 18,4 faizi internet alış-verişinin payına düşüb.

Ümumiyyətlə isə cənab Bezosun sərvəti bu ilin əvvəllərindən 32,6 milyard dollar artmışdı. «Qara Cümə» ərəfəsindəkı 2,4 milyard dollarlıq artım onu dünyanın ən varlı adamına çevirib.

Ondan əvvəl Bill Qeytsin (Bill Gates) sərvəti 1996-cı ildə 100 milyard dolları keçmişdi. O vaxt «Microsoft» şirkətinin səhmləri sürətlə bahalaşmışdı.

Qeytsin hazırkı sərvəti 86, 8 milyard dollardır, amma təhlilçilər deyirlər ki, əgər o «Microsoft»dakı səhmlərinin 700 milyon dollarını və 2, 9 milyard dollar nağd pulu xeyriyyəyə verməsəydi, indi sərvəti 150 milyard dollar ola bilərdi.

Bezos indiyədək öz sərvətindən heç kimə verməyib, amma o iyun ayında yazdığı tvitdə bu barədə düşündüyünü və yaxşı ideyalar gözlədiyini bildirmişdi.

Onun 220 min izləyicisindən dərhal 22 min bəyənmə alınmışdı. Bundan başqa daha 50 min postda pulların necə xərclənməli olduğuna dair təkliflər vardı.

Amma bu günədək «Amazon» şirkətinin təsisçisi sərvətindən harasa xərclədiyi barədə məlumat verməyib.

Cənab Bezos «Amazon» şirkətini 22 il əvvəl, Nyu Yorkdakı sərvət fondu meneceri vəzifəsini tərk etdikdən sonra, özünün Sitldəki (Sietl) evinin zirzəmisində yaratmışdı.

«Amazon» hazırda dünyanın ən aparıcı internet satıcılarındandır və CNN-in məlumatına görə aprel ayında şirkətin 430 milyard dollar dəyərində olduğu bildirilib.