vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
14:25 | 27 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 1978 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

93 yaşlı eks-prezident

Ata Buş ABŞ-ın ən uzunömürlü dövlət başçısı oldu

MÖVZU İLƏ ƏLAQƏLİ

Corc Buş (George H.W. Bush) 93 il və 166 gün yaşamaqla Birləşmiş Ştatların tarixində ən uzunömürlü prezident olub. O özündən əvvəlki rekordçu - Cerald Fordu (Gerald Ford) ötən şənbə günü keçib. C.Ford 93 il 165 gün yaşayıb.

Üçüncü yerdə olan Ronald Reyqanın (Ronald Reagan) ömrü isə 93 il 120 gün olub.

Hazırda yaşayan, siyahıda isə dördüncü olan Cimmi Karterin (Jimmy Carter) yaşı 93 il 56 gündür.

Ronald Reyqanın hakimiyyətində iki müddət (8 il) vitse-prezident olmuş cənab Buş Ağ Evdə 1988-ci ildə sakin olub. O, Bill Klintona məğlub olanda, cəmi bir müddət (4 il) prezidentlik etmişdi.

ABŞ-ın 41-ci prezidenti olan ata Buş öz vaxtını Texasdakı Hyuston və Maynedəki Kennebunkportda, ata mülkündə keçirir.

Son bir neçə həftədə dörd qadın cənab Buşu fotosessiya zamanı onları əlləşdirməkdə ittiham edib. Keçmiş prezidentin sözçüsü ilkin ittihamlardan dərhal sonra qadınlardan üzr istəyib.

Bu ilin əvvəllərində cənab Buşun 2016-cı il seçkisində demokrat Hillari Klintona səs verdiyi barədə xəbər yayılmışdı. Deyilənlərə görə o, Donald Trampı «ədabaz» adlandırıb.

O, həmçinin oğlu Corc Buşla (George W. Bush) birlikdə Şarlottesvildə baş vermiş zorakılıqları kəskin tənqid etmişdi.

Təhlilçilər bunu zorakılıqların tənqidindən yan keçmək istəyən Trampa etiraz nümayişi kimi qiymətləndirmişdilər.

Cənab Bush hazırda siyasi fəallığını davam etdirir. Onun şəxsi «Twitter» hesabı var və ara-sıra müəyyən tədbirlərdə iştirak edən keçmiş prezidentlərə qoşulur.