vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
11:44 | 28 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2499 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilər Avropaya da yerikləyir

«Qonşular»ımız çevrəsini niyə genişləndirdi?

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

İmzaladıqları «saziş»in məzmunu xeyli dərəcədə suallar doğursa da və hələ də bir çoxu buna görə Rusiyanın İrəvanı cəzalandıracağını zənn etsələr də, ermənilərin növbəti oyunu baş tutdu: onlar Avropa Birliyi İlə saziş imzalamağa müvəffəq oldular.

«Qonşular»ımızın Avropaya da yerikləməsinin səbəbləri haqqında yetərincə yazmışıq. Ən birincisi budur ki, haylar heç də Rusiyanın geosiyasi ssenarilərinin passiv komponentləri deyillər, bunların da, necə deyər, «milli planları və hədəf»ləri var.

Hətta Rusiyanın regiondakı indiki siyasəti belə onları qane etmir. İstəyirlər ki, Rusiya özünün bütün regional geopolitikasını Ermənistanın maraqlarına və milli sayıqlamalarına tabe etsin.

Rusiya isə regionun ən böyük dövləti kimi bunu edə bilməz, çünki planlarında Azərbaycan və Gürcüstan da var. Ermənistan isə bu planları gerçəkləşdirmək yolunda yalnız bir həlqədir.

Ermənilər bunu anlayır və təəccüblü deyildir ki, Kremldən tam asılılıq onları da «sıxır», manevr imkanlarını daraldır, ona görə də hətta onlar da Rusiyaya təzyiq etməyin imkanlarını axtarırlar. Bunun isə daha bir yolu siyasi əlaqələri və kanalları genişləndirməkdir.

Etiraf edək ki, bu xüsusda müəyyən nəticələri də var. Məsələn, ABŞ və Fransa kimi dövlətlər üçün Ermənistan hər hansı bir mənada maraq kəsb etmir.

İqtisadi əməkdaşlıq və investisiyalar yatırmaq baxımından o, tam perspektivsizdir, üstəlik, Rusiyadan fərqli olaraq, nə ABŞ, nə də xüsusən Fransa, onu özünün regionda geosiyasi platsdarmına çevirmək, kremlsayağı desək, ondan özləri üçün regionda «forpost» düzəltmək fikrində də deyillər. Bu ölkələrin siyasətçilərinin hesablaşmağa məcbur olduqları bircə amil var: o, da dövlətlərindəki erməni əsilli seçicilərdir!

Bundan savayı, nə ABŞ-ın və nə də Fransanın bu axmaq ölkə ilə bağlı hər hansı planı yoxdur. Əgər gələcəkdə belə plan meydana çıxarsa, bilin, bunu da onların beyninə həmin dövlətlərdəki ermənilər doldurub!

Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, dedik ki, Rusiya özünün regiondakı geosiyasi planlarını tamamilə Ermənistanın maraqlarına tabe edə bilməz.

Bu kontekstdən də yanaşanda, son vaxtlarda Rusiya-Türkiyə kontaktlarının intensivləşməsi və eləcə də Rusiyanın müxtəlif geosiyasi və geoiqtisadi layihələrində, MDB-dən tutmuş Avrasiya İqtisadi Birliyinədək ən müxtəlif qurumlarda türk respublikalarının hiss olunacaq dərəcədə yüksək çəkisi də, heç şübhəsiz, hayları az qayğılandırmır. Axı bu axmaq millətin «hədəf»ində təkcə Azərbaycan deyildir, bunlar özünü türk adlandıran hər kəsi düşmən hesab edirlər, məqsədləri də hissə-hissə Azərbaycanın və Türkiyənin torpaqlarını ələ keçirmək və özlərinin mifik «böyük Hayastan»larını yaratmaqdır! Bu səbəbdən də yeni və alternativ kanallar arayırlar.

İndi AB ilə də sazişi imzaladılar. Moskva da bu və ya digər səbəbdən buna imkan verdi. Düşünürlər, axıra qədər «iki stul»da əyləşə biləcəklər. Amma özlərinin analitikləri belə artıq təbil döyür ki, gec-tez Ermənistan da seçim qarşısında qalacaq və onda Rusiya ilə Qərb arasında yaranacaq ziddiyyətlərin qurbanı olacaq.

Üstəlik, saziş onlara yaxın vaxtlarda böyük perspektivlər, ələlxüsus da sürətli iqtisadi dividentlər vəd etmir, çünki daha çox siyasi bəyannamə xarakterlidir, həm də şərq tərəfdaşlığı konsepsiyasının spesifikası bir az başqadır.

Uzağı, İrəvana gələcəkdə hansısa kreditlər verə bilərlər. Amma onları da qaytarmaq lazım gələcək.

Həm də ölkə iqtisadiyyatı elə vəziyyətdədir ki, onu kredit verilə bilən səviyyəyə çatdırmaq üçün xeyli işləmək və çox ciddi islahatlar aparmaq tələb olunur.

Bilirsiniz, ən maraqlısı nədir? Bu axmaq xalq sadə bir həqiqəti qəbul etmək istəmir. Bu həqiqətsə həm insanlar, həm də elə dövlətlər arasında qurulan münasibətlərin meyarı olmaq gücündədir.

Hər bir ölkə öncə özünün YAXIN COĞRAFİ ÇEVRƏSİNDƏ özü üçün ƏLVERİŞLİ FON yaratmağa çalışmalıdır, çünki ilk növbədə QONŞULARLA SÜLH hər dövlətin inkişafının və təhlükəsizliyinin ən ümdə şərtidir! Bu axmaq millətsə bunu qanmaq istəmir.

Deyirlər ki, Ermənistan regional layihələrdən kənar qalıbdır. Amma bunların vəziyyəti daha dəhşətlidir, faktiki olaraq coğrafi cəhətdən təcrid olunublar! Azərbaycan və Türkiyəylə münasibətləri yoxdur, Rusiya ilə bilavasitə coğrafi sərhədlərə malik deyillər, Gürcüstanla tamamilə soyuq münasibətlərdədirlər! Tək İranla azacıq əlaqələri vardır ki, İnşallah, gec-tez onu da bağlayarıq.

Amma bunların AB ilə saziş imzalaması, bizim üçün də müəyyən nəticələr hasil edir: Avrasiya Birliyinin və Gömrük İttifaqının, üstəlik, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistan bunu edə bilirsə, deməli biz də edərik və ən əsasısa da etməliyik, çünki heç bir tribunanı bu axmaq xalqın ixtiyarına buraxmaq olmaz...