vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
DÜNYA  
12:45 | 28 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2627 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ehtirama layiq deyil»

Myanma liderinin fəxri mükafatı əlindən alındı

MÖVZU İLƏ ƏLAQƏLİ

Myanmanın dövlət müşaviri, ölkənin faktiki siyasi lideri Aun San Su Çji «Freedom of the City of Oxford» mükafatından məhrum edilib. APA TV-nin məlumatına görə, bu barədə «The Independent» qəzeti xəbər verib. Buna səbəb kimi onun Myanmada Rohinca müsəlmanlarına qarşı zorakılığa son qoymağa qadir olmaması göstərilir.

«Oksford» mükafatı üzvlərinin qənaətinə görə, «zorakılığa göz yuman şəxs xüsusi ehtirama layiq deyil». Oksford Universitetinin məzunu Aun San Su Çji 20 il əvvəl «uzun müddətli azadlıq mübarizəsinə» görə «Oxford» mükafatına layiq görülmüşdü.

Bundan əvvəl İslam ölkələrinin təhsil, elm və mədəniyyət təşkilatı (İSESCO) Aun San Su Çjinin 1991-ci ildə layiq görüldüyü Nobel Sülh Mükafatından məhrum edilməsi barədə məsələ qaldırıb.

Bu ilin avqustundan başlayaraq Myanma ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində yüzlərlə müsəlman öldürülüb, 600 mindən çoxu qonşu Banqladeşə qaçıb.