vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
13:01 | 28 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2017 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əsəd getməlidir, ...»

Ağ Ev: «... yoxsa Suriya problemi həll olunmayacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Pentaqon Suriya, İraq və Əfqanıstandakı hərbi kontingentinin sayını açıqlayıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, açıqlamada şəxsi heyətin bundan əvvəlki sayından 4 dəfə artdığı məlum olub.

Hazırda Suriya ərazisində 1720, İraqda 8992, Əfqanıstanda isə 15282 ABŞ əsgərinin mövcud olduğu bildirilir. Bundan əlavə Əfqanıstanda 1202 mülki əməkdaş da fəaliyyət göstərir.

Açıqlamada vurğulanır ki, Mərkəzi Asiya respublikasında hərbçi sayı prezident Donald Trampın avqusta bu ölkəyə əlavə 3900 əsgər göndərilməsi qərarından sonra artıb.

Adı çəkilən ölkələrə yeni qüvvələrin göndərilməsi məsələsinin Ağ Ev rəhbəri ilə müdafiə naziri arasında gündəmdə olduğu, bu sayın da son olmadığı deyilir.

Bu arada ABŞ prezidentinin Bəşər Əsədə münasibətinin dəyişmədiyi də bildirilir. Bunu Ağ Evin mətbuat katibi Sara Sanders keçirdiyi brifinqdə bəyan edib. O, jurnalistlərin «Əsəd getməlidirmi?» sualına belə cavab verib: «Bunu Suriya müxalifəti təkidlə tələb edir. Sözü gedən tələb bu gün Cenevrədə Suriya böhranı ilə bağlı müzakirələrin 8-ci raundunda da ortaya qoyulacaq. Suriya probleminin həllinin siyasi mərhələyə keçməsi yalnız bu halda baş tuta bilər».