vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
12:55 | 28 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2513 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bağdadda müəmmalı qətl

Kərkükdə kürd bayrağını endirən zabit öldürüldü

MÖVZU İLƏ ƏLAQƏLİ

Kərkükdə kürd bayrağını endirib İraq bayrağını asan hərbçi öldürülüb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, İraq Xüsusi Təyinatlılarında qulluq edən kapitan Əhməd Saleh Cərrah Bağdadda üzü maskalı iki şəxs tərəfindən qətlə yetirilib.

Qeyd edək ki, Şimali İraq Kürd Muxtariyyətinin sentyabrın 25-də «müstəqillik referendumu» keçirməsindən sonra Bağdad hökuməti Kərkük başda olmaqla mübahisəli əraziləri ələ keçirmək üçün ordu göndərmişdi. Kərkük şəhəri oktyabrın 16-da kürdlərdən təmizlənmişdi.

Valinin şəhərdən qaçdığı əməliyyat nəticəsində valilik binasına girən İraq ordusu binadakı kürd bayrağını endirərək yerinə İraq bayrağını asmışdı. Bayraqların dəyişdirilməsi kapitan Cərraha tapşırılmışdı.