vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
14:56 | 28 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 1292 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qarabağ Azərbaycanın tərkibinə qayıtmalıdır»

Erməni millət vəkili: «Bizim ənənələrimiz, tarixi irsimiz birdir, vahid mentalitetimiz var»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan hökuməti milli azlıqların hüquqlarına kifayət qədər diqqətlə yanaşır. Milli və dini azlıqların hüquqlarının müdafiəsi sahəsində hökumətin yürütdüyü siyasəti diqqətlə izləyirik. Bu, rusdilli əhalinin, ləzgilərin, talışların və digər xalqların hüquqlarının qorunmasında özünü çox bariz şəkildə göstərir», - bunu London İqtisadiyyat Məktəbinin tədqiqatçısı Mikael Nikoletta öz çıxışında bildirib.

Britaniyalı mütəxəssisin sözlərinə görə, bu siyasətin aparılması nəzərə alınarsa, ermənilərin və azərbaycanlıların birgə yaşayış modelinə Qarabağ münaqişəsinin ən optimal həll yollarından biri kimi baxıla bilər.

«Ərazi bütövlüyü, yoxsa millətlərin öz müqəddəratını təyin etməsi hüququ? Bu iki kateqoriya bir-biri ilə ziddiyyət təşkil edirmi?» – tədqiqatçı sual verir. Dərhal da cavab verir: «Kataloniyada bu yaxınlarda baş verənlərin misalında demək olar ki, Avropa təhlükəsizliyi ilk dəfə üzərinə gələn dezinteqrasiya və tarixən formalaşmış dövlətin xaotik dağılmasının təhlükəsini hiss etdi.

Azərbaycandakı multikulturalizm modelinin tətbiqi nəzərə alınmaqla iki xalqın birgə yaşayışı dövlətin bütövlüyü formatında baxıla bilər».

 

***

 

12:38

«Multikulturalizm Azərbaycanda qədim vaxtlardan təbii həyat tərzidir və müxtəlif xalqlara, mədəniyyətlərə inteqrasiya olunmağa və irs mübadiləsinə şərait yaradıb.

Biz Qarabağ ermənilərini azərbaycanlılardan və Azərbaycanda yaşayan digər xalqlardan nə fərqləndirir? Din və dil, hərçənd deyim ki, Qarabağ ermənilərinin danışdığı dildə türk sözləri çoxdur, - Artur Ağacanov deyir. – Bəs Qarabağ erməniləri ilə azərbaycanlıları nə birləşdirir? Xarici oxşarlıq, xasiyyət və mədəniyyət. Izdə birgə nikahlar çox idi. Bakı və Qarabağ ermənilərinin yaddaşında azərbaycanlılar və onların sülhsevərliliyi barədə çox xoş xatirələr qalıb.

Biz hər zaman özümüzü tolerant, vahid Azərbaycan millətinin bir hissəsi hesab etmişik. Azərbaycanlılarla birgə yaşayışımız mədəniyyətimizi zənginləşdirib.

Fikrimcə, Qarabağ ermənilərinin və Qarabağ azərbaycanlılarının kökləri, adətləri, ənənələri və dünyagörüşü eynidir. Biz Qarabağ erməniləri Azərbaycan muğamını çox sevirik.

Gələcəkdə iki xalqın birgə yaşayışında heç bir problem görmürəm».


***


12:14

Amerikalı analitik və jurnalist Piter Tas güman edir ki, müasir dünyada dövlətlərin ərazi bütövlüyü maraqlarını bulanıq və qeyri-müəyyən xalqların öz müqəddəratını təyin etmək prinsipinə qurban vermək olmaz.

«Necə ola bilər ki, eyni xalq müxtəlif dövlətlərin tərkibində öz müqəddəratını təyin etsin? Bu xaotik proses nəyə gətirib çıxarar? Müasir beynəlxalq təhlükəsizlik sistemi təşəkkül tapmış müasir dövlət sərhədlərini dağıdan bu qarışıqlığın qarşısını necə alacaq? Özü də Qafqazda öz müqəddəratını təyin etmə cəhdləri millətlərarası ədavəti qızışdırır, qanlı müharibələrə gətirib çıxarır, ayrıca götürülmüş bir ölkədə - Ermənistanda faşizm ideologiyasının bərqərar olmasına aparır», - amerikalı analitik çıxışında bildirib.

Onun sözlərinə görə, dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünün qətiyyətli təmin edilməsində vahid mövqe nümayiş etdirməsə, Qərb cəmiyyətində sabit və zəmanətli gələcək haqqında danışmaq olmaz.


***


12:03

«Qarabağ erməniləri Azərbaycanın siyasi müstəvisinə qayıtmalıdır. Yüzillərlə ermənilər və azərbaycanlılar birgə yaşayıblar. Bizim ənənələrimiz, tarixi irsimiz birdir, vahid mentalitetimiz var. Niyə seçim hüququnu əlimizdən alıblar? İnanın, bir çox Qarabağ erməniləri Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının lehinə çıxış ediblər», - bunu öz çıxışında erməni tarixçisi Artur Ağacanov deyib.

Natiq Ermənistanın hazırkı rəhbərliyinin hərb siyasətini qınayıb və hərbi ritorikadan əl çəkməyə çağırıb.

A.Ağacanov eyni zamanda Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsinin lokallaşmasındakı rolunu qeyd edib. Erməni ictimai xadim Qarabağ ermənilərini Ermənistanın işğalçı rejiminin təsirindən qurtarmağa və tarixi Vətənlə - Azərbaycanla yenidən inteqrasiyaya çağırıb.


***


11:52

«Ermənistanda faşizm və antisemitizm dalğası baş qaldırıb. Bu kampaniyanın kulminasiyası alman nasizminin xidmətçilərindən biri olan Qaregin Njde kimi erməni faşistinin obrazının bütləşdirilməsi oldu. Bu nasist canisi Ermənistanda hakim Respublika Partiyasının ideoloji kultu elan olunub», - öz çıxışında israilli politoloq Arye Qut bildirib.


***


11:33

Daha sonra söz Prezident Administrasiyasının nümayəndəsi Etibar Nəcəfova verilib. Onun sözlərinə görə, bir sıra aparıcı Qərb ölkələrində multikulturalizmin kollapsına baxmayaraq Azərbaycan multikulturalizmi özünün dövlət siyasətinin məhək daşı elan edib.

E.Nəcəfov əminlik ifadə edib ki, multikulturalizm modeli özünü çoxmillətli Azərbaycanda tamamilə doğruldub və bu model hakimiyyətin xarici və daxili siyasəti ilə harmoniyalaşır. Azərbaycan sülh siyasətinə can atır və İlham Əliyev tərəfindən 2008-ci ildə elan edilmiş Bakı prosesinin prinsiplərindən çıxış edir.


***


11:30

Konfransda giriş sözü ilə Dövlət komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov çıxış edib. Xarici və yerli ekspertlərə, erməni tədqiqatçılara konfransda iştiraklarına görə minnətdarlığını bildirərək, natiq prezident İlham Əliyevin yürütdüyü multikulturalizm və xalqların birgə yaşayışı siyasəti barədə danışdı.


***


10:59

Bu gün Bakıda erməni tədqiqatçıları və ictimai xadimləri – Artur Ağacanov və Rima Sarkisovanın iştirakı ilə elmi-praktiki konfrans işinə başlayıb. A.Ağacanov və R.Sarkisova Ermənistan-Azərbaycan sülh platformasının fəal iştirakçılarıdır. Konfransın təşkilatçısı Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasıdır.

Multikulturalizmin Azərbaycan modelini müzakirə etmək üçün Bakıya Qərbin və İsrailin beyin mərkəzlərinin məşhur nümayəndələri gəlib.

Konfransın işində həmçinin Azərbaycan Prezident Administrasiyasının, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin, Heydər Əliyev Mərkəzinin nümayəndələri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları və Milli Məclisin deputatları iştirak edir.

Konfransda multikulturalizmin uğurlu Azərbaycan modeli ilə yanaşı, Ermənistanın Qafqazda ekspansiya siyasətinin nəticələri müzakirə ediləcək.

VAXT.AZ konfransın işini onlayn rejimdə işıqlandıracaq.