vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
DÜNYA  
19:44 | 28 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2596 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Arvadını da götürüb gedir

Muqabe kəndə köçür

MÖVZU İLƏ ƏLAQƏLİ

Zimbabvedə ordu tərəfindən hakimiyyətdən uzaqlaşdırılmış keçmiş prezident Robert Muqabe arvadı Qreysi də götürüb kənddəki malikanəsinə köçməyə hazırlaşır. Virtualaz.org xəbər verir ki, bu haqda Zimbabve mətbuatına Muqabenin qohumu bildirib.

Keçmiş prezidentin bacısı oğlu Leo deyib ki, dayısı istefadan sonra əla əhvaldadır və səbirsizliklə özünün Zvimba dairəsində yerləşən kəndlərdən birindəki malikanəsinə köçüb yeni həyata başlamağı səbrsizliklə gözləyir. Robert Muqabenin kənddə fermerliklə məşğul olacağı bildirilir.

Zvimbada isə yerli sakinlər deyirlər ki, Muqabenin malikanəsinin ətrafında çoxlu aqressiv timsahlar peyda olub. Onlar insanlara hücum edir, artıq üç nəfəri timsah yeyib. Ona görə də keçmiş prezident ehtiyatlı olmalıdır.

Xatırladaq ki, Muqabeni hakimiyyətdə «Timsah» ləqəbli keçmiş vitse-prezident Emmerson Mnanqaqva əvəzləyib. 37 il hakimiyyətdə olan Muqabenin istefaya göndərilməsinə səbəb onun hakimiyyəti özündən sonra arvadına ötürmək cəhdləri səbəb olub.