vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
09:38 | 29 noyabr 2017 | Çərşənbə Məqaləyə 2621 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İrəvanla Moskvanın münasibəti pisləşir»

Markov: «Ukrayna ilə Ermənistanın imzaladıqları sənədlər fərqli olsa da, AB-nin marağı birdir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanla Avropa Birliyi arasında imzalanan məlum müqavilə müəyyən qədər də olsa, Ermənistanla Rusiya Federasiyası arasında olan münasibətləri korlayacaq. Bu sözləri Rusiya Federasiyası İctimai Palatasının üzvü, politoloq Sergey Markov AB ilə Ermənistan arasında imzalanan müqavilənin doğura biləcəyi nəticələr haqda deyib. O qeyd edib ki, bu müqavilənin əsas məqsədinin Ermənistanı az da olsa, Rusiyanın təsirindən çıxarmaq olduğunu hamı bilir: «Lakin bu müqavilə Ukrayna ilə imzalanan müqavilədən fərqlənir. Orda azad ticarət sistemi mövcud idi, Ermənistanla bağlanan müqavilədə isə bu yoxdur.

AB hesab edir ki, Ermənistan iqtisadiyyatının necə qurulması, onun reqlamenti və fəaliyyət göstərəcək qanunlarının tərtibatını bilavasitə Avropa Şurası tənzimləməlidir. Avropa Birliyi keçmiş SSRİ ölkələrində Rusiyanın simasında düşmən ölkə obrazı yaratmaqla öz məqsədlərinə nail olmaq istəyir. Buna görə də baş verənlər İrəvanla Moskva arasındakı münasibətləri pisləşdirəcək.

Bundan sonra dolayısıyla Azərbaycanla Rusiya Federasiyası arasında olan münasibətlər üçün yaşıl işıq yanacaq. Rəsmi Bakı ilə Moskva münasibətlərinin inkişafı üçün yaranan münbit şəraiti dəyərləndirəcəklər».