vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
21:21 | 29 noyabr 2017 | Çərşənbə Məqaləyə 2222 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bakı mesaj verir ki, gözləməkdən bezib»

Azərbaycan Qarabağda qış hücumuna hazırlaşırmı...

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya üçün hazırda Donbassda aşağı intensivlikli atışmalarla status-kvonu saxlamaq, bununla da Qarabağda olduğu kimi vaxt udmaq və dünyanı Azərbaycan ərazilərinin işğalına alışdırdığı kimi Donbassın da işğalı ilə barışmağa məcbur etmək ən münasib variantdır.

Virtualaz.org xəbər verir ki, belə qənaətlə ukraynalı bloqqer-tarix elmləri namizədi Sergey Klimovski «Obozrevatel» saytında dərc edilmiş məqaləsində çıxış edir.

Müəllifə görə Ukrayna hazırda Moskvanı hərbi aspektdə Suriya və Qarabağdan daha az narahat edir. Klimovski qeyd edir ki, Moskvanın Qarabağ məsələsində necə hərəkət edəcəyini heç kim bilmir.

«Moskvanın Qarabağda 20 il əvvəl divardan asdığı «tüfəng» Rusiyadakı seçkilərin yekununu gözləmədən elə qışda atəş aça bilər. Azərbaycan ordusu üçün Ukrayna ordusundan fərqli olaraq böyük şəhərlərə hücum etmək zərurəti yoxdur-Dağlıq Qarabağın və işğal edilmiş ətraf rayonların əhalisi 150 mindən çox deyil. Bakının böyük istəyi var ki, «aprel müharibəsi»ni təkrarlasın və mövzunu birdəfəlik bağlasın. Və fakt deyil ki, Ermənistan ordusu və Sərkisyan buna böyük müqavimət göstərə biləcək. Noyabrın 27-də belə informasiya meydana çıxdı ki, Bakı Rusiyanın yeni səfiri qismində Georgi Zuyevin namizədliyini qəbul etməkdən imtina edib. Onun açıq-aşkar ermənipərəst mövqeyinə görə. Diplomatik münasibətlərin kəsilməsi deyil, amma aydın eyhamdır ki, Bakı gözləməkdən bezib», - müəllif yazır.

Klimovskiyə görə Moskvanın «vaxt uzatmaq» strategiyası artıq Qarabağda işləmir, amma hələlik Ukraynada işləyir.