vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
REGİON  
21:27 | 29 noyabr 2017 | Çərşənbə Məqaləyə 2563 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zərrab həbsxanaya qadın və narkotik sifariş etdi

Ebru Gündəş boşanma iddiası qaldırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

İrana qarşı sanksiyaları pozaraq bu ölkəyə aid pulları Türkiyə üzərindən «yumaqda» ittiham olunaraq ABŞ-da həbs edilən İran azərbaycanlısı, vaxtilə Bakıda yaşamış qızıl taciri Rza Zərrabın işi üzrə dünənki məhkəmə prosesi qalmaqalla başlayıb. Virtualaz.org Türkiyə və ABŞ mənbələrinə istinadən xəbər verir ki, Nyu-York Manhetten dairə məhkəməsində keçirilən prosesdə prokuror müavini David Denton Rza Zərrabın prosessual statusunun dəyişdiyi, təqsirləndirilən şəxs statusundan şahid statusuna keçirildiyini açıqlayıb.

Prokuror bildirib ki, Rza Zərrab günahını etiraf edib və istintaqla əməkdaşlığa razılıq verib. O, Rza Zərrabın ifadəsini də məhkəməyə təqdim edib. Zərrab ifadəsində iş üzrə ikinci şübhəli, Türkiyənin dövlət bankı «Halkbank»ın idarə heyətinin rəhbərinin müavini Mehmet Hakan Atillanın barəsində bildiklərini açıqlamağa razı olduğunu göstərir. Prokuror Rza Zərrabın təqdim etdiyi dəlillərin Hakan Atillanın «yalanlarını və gizli işlərini» açıb ortaya qoyacağını bildirib.

Lakin Hakan Atillanın vəkili Viktor Rokko məhkəmədə bildirib ki, onun müdafiə etdiyi şəxs Rza Zərrabın qurduğu sxemin qurbanlarından biridir. Vəkil Türkiyədə ayaqqabı qutuları ilə dolu pulları «səlahiyyətli şəxslərə» Hakan Atillanın deyil, Rza Zərrabın göndərdiyini bildirib. «Müttəhimlər kürsüsündə oturmalı olduğu halda Rza Zərrab az cəza alma və ya ümumiyyətlə cəzasız qalma ümidiylə prokurorluqla anlaşıb. Prokurorluq Zərrabın kürəyini sığallayır», - vəkil deyib.

Rokko Rza Zərrabın həbsdən çıxmaq üçün Hakan Atillanı «çıxış kartı» kimi istifadə etdiyini deyib. Vəkilinin sözlərinə görə, Zərrab İranın pullarını «yumaqdan» milyardlarla dollar qazanıb və Türkiyə siyasətçilərinə də on milyonlarla dollar rüşvət verərək qurduğu sxemin işləməsini təmin edib. O deyib ki, Zərrab Nyu-Yorkda həbsxanada qaldığı günlərdə belə mühafizəçilərə rüşvət verərək içəri fahişələr, yemək-içmək və narkotik gətirdib.

Rza Zərraba qarşı irəli sürülən ittihamların arasında həqiqətən həbsxana keşikçilərinə rüşvət vermə də yer alırdı. Türkiyə mediası yazır ki, Rza Zərrabın həbsxanaya qadın sifariş etdiyi barədə ABŞ məhkəməsində açıqlananlardan sonra onun hələ rəsmi nikahda olduğu arvadı, müğənni Əbru Gündəş ondan boşanmaq üçün iddia qaldırmağa hazırlaşır. Bundan əvvəl Əbru Gündəşin özünə yeni sevgili tapdığı bilinirdi. Lakin o, iranlı milyarderdən boşanmamışdı. İndi isə bildirilir ki, Əbru Gündəş boşanma iddiası qaldırmaq üçün vəkilinə təlimat verib. Əgər o, ərinin xəyanətini əsas gətirib boşanma iddiası qaldırırsa deməli Rza Zərrabın sərvətindən yarısını ələ keçirmək niyyətindədir.

Nyu-York məhkəməsinin «Halkbank»ın idarə heyətinin sədr müavini barəsində çıxaracağı hökm isə Türkiyənin maliyyə sistemini çökdürə bilər. Çünki məhkəmənin İrana qarşı sanksiyaların pozulmasına görə «Halkbank»ı 20 milyard dollar təzminata məhkum edəcəyi gözlənilir.