vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
SOSİAL  
16:15 | 30 noyabr 2017 | Cümə axşamı Məqaləyə 2296 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yumurtanı kim bahalaşdırır?

Quşçular Cəmiyyətindən qiymət açıqlaması

MÖVZU İLƏ ƏLAQƏLİ

Ölkədə quşçuluq broylerlərində yumurtanın qiyməti bahalaşmayıb. Bu barədə «Trend»ə açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib.

Onun sözlərinə görə, broyler fabriklərində yumurtanın qiyməti sabit olaraq qalır: «Broylerlərdə yumurtanın qiyməti 11 qəpikdir. Bu qiymət neçə vaxtdır ki, dəyişməz qalıb. Biz yemi xaricdən dollarla alsaq da, qiymət artımı etmirik. Yumurtanın qiymətini mağazalar, sahibkarlar özləri bahalaşdırır. Bunun bizə aidiyyəti yoxdur. Bizdə normal yumurta 11, bir az böyük olan yumurtalar isə 12 qəpikdir».

A.Vəliyev qeyd edib ki, kənd yumurtasının qiyməti isə 16 qəpikdən baha deyil: «Marketlərdə baha olan qiymətlərə biz müdaxilə edə bilmirik. Bizdə əksinə, toyuğun qiymətində 10 qəpik ucuzlaşma olub».

Qeyd edək ki, son zamanlar yumurtanın 1 ədədinin qiymətinin 25 qəpiyədək bahalaşması hallarına rast gəlinib.