vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
AMERİKA  
17:36 | 30 noyabr 2017 | Cümə axşamı Məqaləyə 2637 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Diqqətinizi mənə cəmləməyin»

Tramp Britaniya baş nazirinə «məsləhət verib»

MÖVZU İLƏ ƏLAQƏLİ

Donald Tramp «Twitter» hesabından anti-müsəlman videoları paylaşmasını tənqid edən Böyük Britaniyanın baş naziri Tereza Meyə (Theresa May) Britaniyadakı «terrorizmə» fokuslanmağı məsləhət görüb.

«Diqqətinizi mənə yox, Birləşmiş Krallıq daxilində olan dağıdıcı, radikal islam terrorizminə cəmləyin», cənab Tramp tvitləyib.

Çərşənbə günü ABŞ prezidenti Donald Trampın «Twitter» hesabından britaniyalı ifrat sağmı qrupunun qızışdırıcı anti-müsəlman videoları paylaşılıb.

Britaniya Baş nazirinin ofisi cənab Trampın hesabından paylaşılmış videolarla bağlı məsələni şərh edib.

«Prezident Trampın sağçı qrup tərəfindən paylaşılmış videoları retvit etməsi yanlış (hərəkət) idi», rəsmi məlumatda deyilir.

Prezident Trampın paylaşdığı ilk tvit «Britain First» (Öncə Britaniya) qrupunun sədr müavini Ceyda Fransenə (Jayda Fransen) məxsusdur. Bu videoda müsəlman kimi təqdim olunan bir gənc əlilliyi olan bir kişini döyür.

Bundan sonra, o, xanım Fransenin iddiasına görə müsəlman olan şəxsləri təsvir edən iki başqa videonu paylaşıb.

«Britain First» qrupu, ifrat sağçı Britaniya Milli Partiyasının (British National Party - BNP) keçmiş üzvləri tərəfindən 2011-ci ildə təsis edilib.

Bu qrup sosial şəbəkələrdə «Britaniyanını islamlaşdığını» iddia edərək paylaşımlar dərc edir.

«Britain First» qrupunun anti-immiqrant və anti-abort siyasətini təbliğ edən namizədləri Britaniya seçkilərində iştirak edib, lakin indiyədək heç bir qələbə əldə edə bilməyiblər.

Xanım Fransenin «Twitter»də 52 min izləyicisi var.

Prezidentin Trampın hesabının onun tvitlərini paylaşdıqdan sonra, xanım Fransen «Twitter»də yazıb:

«Donald Trampın özü bu videoları paylaşıb və onun təxminən 44 milyon izləyicisi var!»

«Allah səni qorusun Tramp! Allah Amerikanı qorusun!», o, əlavə edib.