vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
BÖHRAN  
20:07 | 30 noyabr 2017 | Cümə axşamı Məqaləyə 2395 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«O, xəstə küçükdür»

Trampdan ağır təhqirinə Moskva reaksiya verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

«O, xəstə küçükdür». APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ABŞ prezidenti Donald Tramp Missuri ştatında ölkənin vergi islahatları ilə bağlı çıxışı zamanı bu sözləri Şimali Koreya lideri Kim Çen Inın ünvanına səsləndirib.

Yeni vergi siyasətini ABŞ iqtisadiyyatı üçün əvəzsiz plan adlandıran Ağ Ev rəhbəri nitqinin böyük hissəsini Pxenyana həsr edib.

Bundan əvvəl Kimi «balaca raket adam» adlandıran Tramp bu dəfə açıq təhqirə keçib.

ABŞ prezidenti bundan əvvəl də BMT tribunasından Şimali Koreyanı yer üzündən siləcəklərini bildirib.

Xatırladaq ki, Kim Çen In öz növbəsində Trampı «qoca dəli» adlandırmışdı və Vaşinqtonun təhdidlərinə layiqli cavab veriləcəyini demişdi.

İki ölkə arasında gərginlik Pxenyanın son raket sınağından sonra yenidən alovlanıb.

Bu arada Rusiya tərəfi baş verənlərə münasibət bildirib. Xarici işlər naziri Sergey Lavrov ABŞ-ı «Şimali Koreyanı yox etmək istəyirsinizmi?» sualına konkret cavab verməyə dəvət edib: «ABŞ müttəfiqi Cənubi Koreya ilə hərbi təlimlərə son vermir. Onlar dekabrda daha genişmiqyaslı təlimlərin başlayacağını elan edib. Hesab edirəm ki, bu davranış Kim Çen Inın məsuliyyətsiz addım atmasına rəvac verən ən böyük səbəbdir».