vaxtlı-vaxtında oxuyun! Bazar, 8 dekabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
TOP OYUNLARI  
23:49 | 30 noyabr 2017 | Cümə axşamı Məqaləyə 1375 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

O səbətdə olmamaq qüssəsi

Moskvada DÇ-nın püşkatma həyəcanı başlayır

Nazim SABİROĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Təxminən 1 sutka sonra- dekabrın 1-də Bakı vaxtilə saat 19-da bütün dünyanın diqqəti Moskvada olacaq. Səbəb səbətdir desək, yanılmarıq. Amma təəssüf ki, dünyanın 32 ölkəsinin milli komandasının yer aldığı o səbətdə Azərbaycan yoxdur...

Söhbət Rusiyanın ev sahibliyi edəcəyi futbol üzrə dünya çempionatından gedir.  O çempionatdan ki, bizdən bir çox sahələrdə geri qalan ölkələr, heç babat stadionları olmayan milli komandalar  indi böyük həyəcanla  püşkatmanın nəticələrini gözləyirlər. Bu böyük bayramda, bu böyük həyəcanda bizim olmamamız əlbəttə ki, üzücüdür.  Keçmiş Sovet İttifaqı ölkələrindən  yalnız Rusiya - o da ev sahibi kimi qatılacağı dünya çempionatında  bizə doğma olan Türkiyə belə çempionatdan kənardadır. Hələ Ukrayna Avropa çempionatına ev sahiblərindən bir olacağı qətiləşəndə arzumuz idi ki, bu böyük futbol bayramında iştirak edək. Sonra ümid edirdik ki, Rusiyaya-Xəzərin o biri tayına gedə biləcəyik. Həm milli komanda, həm azarkeş olaraq. Seçmə mərhələdə bir az ümidlənmişdik də. Amma olmadı! Bunun səbəbləri ilə bağlı çox yazmışıq, yenidən yara deşməyin mənası yox. Fəqət, adamın bu ciddi futbol tədbiri ərəfəsi sevinə bilməməsi...özü artıq bir nəticədir. Ola bilsin, bizim futbol rəhbərliyimiz, elə hələ də Bakıdan səs-sorağı kəsilməyən milli komandanın sabiq baş məşqçisi Robert Prosineçki başqa əhval-ruhiyyədə olsunlar. Azarkeş üçün isə bu ağır hisdir. Azərbaycan nə vaxtsa orada olacaq, amma o zaman futbolu daha çox sevən bir nəsil azarkeşlər olmayacaq! Üzücü həm də bu!

Sabah Kreml Sarayında keçiriləcək püşkatmada 32 komandası 8 qrupa bölünəcək. APA xəbər verir ki, DÇ-2018-in final mərhələsinin püşkatma mərasiminin aparıcıları İngiltərə futbolunun əfsanəsi Qari Liniker və rusiyalı idman jurnalisti Mariya Komandnaya olacaq. DÇ-1986-nın bombardiri olan ingiltərəli ilə «Matç TV» və «FOX Sports» kanallarında çalışan rusiyalı xanıma püşkatmada 8 assistent də kömək edəcək. Bunlar dünya çempionu olmuş komandaların nümayəndələridi.

Dünya kubokunu səhnəyə gətirəcək almaniyalı Miroslav Kloze (Almaniya), həmçinin Loran Blan (Fransa), Qordon Benks (İngiltərə), Fabio Kannavaro (İtaliya), Kafu (Braziliya), Dieqo Maradona (Argentiina), Karles Puyol (İspaniya) və Dieqo Forlan (Uruqvay) da aparıcılara assistentlik edəcək.

DÇ-2018-də Avropadan 14 komanda - Rusiya (təşkilatçı ölkə), Almaniya (son dünya çempionu), İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç, Danimarka qatılacaq. Mindialda Cənubi Amerikanı 5 yığma -  Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru təmsil edəcəksə, KONKAKAF-dan 3 milli - Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.

Asiyanın 5 komandası - İran, Yaponiya, Cənubi Koreya və Səudiyyə Ərəbistanı və Avstraliyanın mübarizə aparacağı turnirdə Afrika Nigeriya, Misir, Seneqal, Mərakeş, Tunislə təmsil olunacaq. Yalnız Okeaniya bu dəfə də mundialsız qalıb.

Rusiya millisi meydan sahibi kimi püşksüz A qrupunun 1-ci komandası olacaq. Ümumilikdə isə komandalar FİFA-nın oktyabr reytinqinə əsasən səbətlərə bölünüblər.

 

I səbət

Rusiya

Braziliya

Almaniya

Portuqaliya

Argentina

Belçika

Polşa

Fransa

 

***

 

II səbət

 İspaniya

Peru

İsveçrə

İngiltərə

Kolumbiya

Meksika

Uruqvay

Xorvatiya

 

***

 

III səbət

Danimarka

İslandiya

Kosta-Rika

İsveç

Tunis

Misir

Seneqal

İran

 

***

 

IV səbət

Serbiya

Nigeriya

Avstraliya

Yaponiya

Mərakeş

Panama

Cənubi Koreya

Səudiyyə Ərəbistanı

 

Püşkatma zamanı komandaların hansı konfederasiyanı təmsil etməsi də böyük rol oynayacaq. Belə ki, eyni qrupda minimum 1, maksimum 2 Avropa təmsilçisi yer alacaq. Yəni 6 qrupda 2, 2 qrupda 1 «Köhnə qitə» yığması çıxış edəcək. Digər qitələr isə eyni qrupda birdən artıq komanda ilə təmsil oluna bilməz.

Dünya çempionatı iyunun 14-dən iyulun 15-dək keçiriləcək.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *