vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BANK, BİRJA, SIĞORTA  
13:07 | 1 dekabr 2017 | Cümə Məqaləyə 3259 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

2017-də 11335 müqavilə

Daşınmaz əmlakın icbari sığortasında 26 faiz azalma!

MÖVZU İLƏ ƏLAQƏLİ

2017-ci ilin noyabr ayı ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 11 335 sığorta müqaviləsi bağlanıb.

İcbari Sığorta bürosunun yaydığı məlumata görə, Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 3 397 625 manat təşkil edib.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 8038-i yaşayış evləri və mənzillər, 220-i inzibati binalar, 3077-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 26 faiz azalma, sığorta haqlarının məbləğində isə 58 faiz artım müşahidə edilib.
Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (DƏİMMİS) üzrə bağlanmış müqavilələrin sayı 426, bu müqavilələr üzrə sığorta haqlarının həcmi 28 770 manat təşkil edib.
Sərnişinlərin icbari fərdi qəza sığortası (SİFQS) üzrə 12 sığorta müqaviləsi bağlanmış, sığorta haqlarının həcmi 11 114 manat olub.