vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9479 AZN
Rusiya rublu 1 RUB = 0.0259 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2135 AZN
Türk lirəsi 1 TRY = 0.3020 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
BANK, BİRJA, SIĞORTA  
13:51 | 1 dekabr 2017 | Cümə Məqaləyə 1128 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hansı bank müştəriyə sərfəli kredit verir?

Kredit faizlərinin siyahısı

MÖVZU İLƏ ƏLAQƏLİ

Kredit götürən şəxs üçün kreditin faiz dərəcəsi, məbləği və müddəti, sözsüz ki, ən əhəmiyyətli məsələlərdir. Faiz dərəcələri müştərilərin kredit tarixçəsinə əsasən müəyyən olunur. Nağd pula ehtiyacı olan müştərilər bəzi şərtlər altında müəyyən banklardan kredit ala bilərlər. Sistemə uyğun olaraq, bankdan verilən borcla birgə qoyulan faiz dərəcəsi də banka geri ödənilməlidir. Qeyd olunan banklar krediti yalnız Azərbaycan vətəndaşlarına təklif edir. Bəzi hallarda borcalanın Azərbaycan vətəndaşlığı olmadıqda isə zamini mütləq Azərbaycan vətəndaşı olan şəxslər xidmətlərdən yararlana bilir. Bütün banklarda kredit əldə etmək üçün kreditora şəxsiyyət vəsiqəsi, iş yerindən və ya gəliri təsdiq edən sənəd təqdim edilməlidir.

«Azərbaycan Beynəlxalq Bankı» (ABB)  müştərilərə 36 ay müddətinə 29-27 faiz dərəcəsi ilə 15.000 manatadək kredit təklif edir. ABB-dən ilk dəfə kredit alan müştərilər 29 faiz, onun zamini ABB-nin kartı vasitəsilə əmək haqqı və ya pensiya alan şəxs olduqda isə 27 faiz ödəyir.

«Kapital Bank» müştərilərə 3-48 ay intervalında 29,84 faiz dərəcəsi ilə 300-20.000 AZN məbləğində kredit təklif edir. Nağd pul krediti maaş və pensiya kartı  Kapital Bank-dan olan şəxslərə verilir. Yalnız xüsusi hallarda zamin tələb olunur.

«Bank Respublika» müştərilərə maksimum 24 ay müddətinə 26 faizdən başlayaraq 500-10.000 AZN məbləğində kredit təklif edir. Bu bankda 5000 AZN-dək kredit götürmək üçün zamin tələb olunmur.

«Azər-Türk Bank» müştərilərə 36 ay müddətinə 26-29 faiz dərəcəsi ilə 15.000 manat həcmində kredit verir. Bu bankdan kredit götürmək üçün borcalan əmək haqqını «Azər-Türk Bank»dan almalıdır.

«Access Bank» müştərilərə minimum 6 – maksimum 24 ay müddətinə 29 faizlə 500-20.000 AZN məbləğındə kredit təklif edir. Borcalanın son iş yerində minimum 1 illik əmək stajı mütləq olamlıdır.

«Bank of Baku» müştərilərə 3-36 ay daxilində 23-25 faiz dərəcəsi ilə minimum 3000 – maksimum 70.000 AZN məbləğındə kredit təklif edir. Kredit bütün dövlət və özəl müəssisələrinin əməkdaşları üçün verilir.

«Express Bank» müştərilərə 3-36 ay müddətinə 30 faiz dərəcəsi ilə 10.000 manatadək həcmində kredit təklif edir.

«Rabitə Bank» müştərilərə maksimum 24 ay müddətinə 26-30 faiz dərəcəsi ilə rəsmi iş yeri olan şəxslərə 3000 manat həcmində kredit verir.

«Unibank» müştərilərə 24 aya qədər 27 faiz dərəcəsi ilə 300 -10.000 AZN məbləğındə kredit təklif edir. Əmək haqqı minimum 175 manat olan şəxslər «Unibank»a müraciət edə bilərlər.

«AG Bank» müştərilərə ödəmə dövrü 3-36 ay daxilində 15-27 faiz dərəcəsi ilə 300-10.000 AZN kredit təklif edir.

«AFB Bank» müştərilərə 12 ay müddətinə 25 faiz dərəcəsi ilə minimum aylıq gəlirin 3 misli – maksimum 5000 AZN  məbləğində kredit təklif edir.

«Ziraat Bankı» müştərilərə ödəmə dövrü 12-36 ay olmaqla, 26-28 faiz dərəcəsi ilə 15.000 AZN-dək dəyərində kredit təklif edir.

«Azərbaycan Sənaye Bankı» (ASB) müştərilərə 36 aya qədər 27 faiz dərəcəsi ilə 500 -15.000 AZN məbləğində kredit təklif edir. 15.000 manatdan çox kredit üçün yüksək daşınmaz əmlak girovu lazım gəlir.

«YapıKredi Bank» Azərbaycan müştərilərə 6-36 ay müddətinə 28 faiz dərəcəsi ilə 300 AZN-dən başlayaraq kredit təklif edir. Kredit bütün dövlət və özəl müəssisələrinin əməkdaşları üçün verilir. Bu bankdan kredit almaq üçün bankda əmanət hesabınız olmalıdır.

«Nikoil Bank» müştərilərə 6-36 ay müddətinə faiz dərəcəsi 25 faizdən başlayaraq minimum 500 – maksimum 30.00 AZN məbləği daxilində kredit təklif edir. Bu bankda kredit verilməsinin xüsusi hallarında ikinci şəxsin zaminliyi tələb oluna bilər.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *