vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
09:31 | 2 dekabr 2017 | Şənbə Məqaləyə 3109 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Trampı araşdıran prokurorun büdcəsi...

ABŞ prezidentinin özü üçün edə bilmədiyini Ərdoğna ondan tələb edir

Şahin CƏFƏRLİ

ABŞ-da prezident Trampın Rusiya ilə əlaqələrini araşdırmaq üçün təyin olunan xüsusi prokuror Müllerin 6 aylıq fəaliyyəti dövlətə 5 milyon dollara başa gəlib. Təhqiqat davam edir və yəqin ki, daha bir neçə ay uzanacaq, xərclənən pullar da artacaq.

Yəni ABŞ dövləti prezident və yaxın çevrəsi haqqında iddialarla bağlı xüsusi prokuror təyin edir, ona milyonlarla dollar ayırır ki, araşdır görək prezident və onun ətrafındakılar cinayətə yol veribmi?

Türkiyənin siyasi rəhbərliyi bir müddətdir ABŞ-dan olan tərəf-müqabillərinə qeyzlənir ki, niyə Fətullah Güləni bizə təhvil vermirsiniz, niyə Rza Zərrabın etirafçı olmasına şərait yaradırsınız və s... Hətta Türkiyədə bir amerikalı yevangelist din adamını həbs etdilər ki, ABŞ-la bazarlığa oturub, onu Gülənlə dəyişsinlər. Prezident Ərdoğan bu barədə belə demişdi ki, «ver papazı, al papazı». Bu yaxınlarda, Rza Zərrabın məhkəməsindən əvvəl, Binəli Yıldırım sırf Zərrab məsələsi ilə bağlı təcili ABŞ-a göndərildi və vitse-prezident Mayk Penslə görüş keçirdi.

Lakin Tramp və Pens Türkiyə rəhbərliyini inandıra bilmirlər ki, qardaş, bu işlər bizlik deyil, buna məhkəmə baxır, imkanımız olsa, elə birinci öz problemimizi həll edərik. Ankarada qəti əmindirlər ki, ABŞ-da da işlər Türkiyədəki kimidir, prokurorlara, hakimlərə təlimat verib, kimi istəsən həbs etdirə və ya həbsdən buraxdıra bilərsən. (Bu yerdə öz ölkəmizi xatırlamamaq mümkün deyil.)

«Büyükada davası» deyilən bir cinayət işi var idi, 1 Almaniya və 1 İsveç vətəndaşı, eləcə də «Amnesty İnternational»ın Türkiyə bölməsinin fəalları, ümumilikdə 8 nəfər həbs olunmuşdu. Bunlar «terror təşkilatına üzv olmaq» və «terror təşkilatına yardım etmək» maddələri ilə ittiham edilirdilər. Türkiyə iqtidar mediası bu şəxslərlə bağlı dəhşətli şeylər yazırdı, o yazılara baxanda heç kimin ağlından keçə bilməzdi ki, bu adamlar nə vaxtsa azadlığa çıxa bilər. (Aşağıda bəzi qəzetlərin ilk səhifələrini əlavə edirəm.)

Bəs Büyükada məsələsinin sonu nə oldu? Heç. Almaniyanın keçmiş kansleri Gerhard Şröder alman hökumətindən aldığı səlahiyyətlə Türkiyəyə səfər etdi, Ərdoğanla gizli görüş keçirdi və ertəsi gün sübh vaxtı İstanbuldakı hakim belə qənaətə gəldi ki, bu adamlar deyəsən, terrorçu deyil axı. Nəticədə Almaniya və İsveç vətəndaşları azad edilərək təyyarə ilə ölkələrinə göndərildi, binəva türkiyəlilər də sərbəst buraxıldı...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)