vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ELM-TƏHSİL, DİN  
18:51 | 2 dekabr 2017 | Şənbə Məqaləyə 2788 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İvanka Tramp layihəmizi çox bəyəndi»

Reyhan Camalova: Gözlədiyimdən bəlkə min qat belə çox gözəl idi

MÖVZU İLƏ ƏLAQƏLİ

«İstək» liseyinin 9-cu sinif şagirdi Reyhan Camalova Hindistanın Heydərabad şəhərində keçirilən VIII Qlobal Sahibkarlıq Sammitinə qatılıb. APA TV-nin xəbərinə görə, ABŞ prezidentinin qızı və baş müşaviri İvanka Tramp 15 yaşlı azərbaycanlı qızın uğurlarından danışıb və onu bütün dünyaya nümunə göstərib.

Reyhan sinif yoldaşları ilə birlikdə yağış suyundan enerji alan «Reynerci» (Rainergy) qurğusunu yaradıb. Onun sözlərinə görə, bundan əvvəl komanda şəklində bir çox yarışlara qatılıb. Sammitə qatılmaq fikri də məhz bu yarışlardan sonra yaranıb: «Bu layihə necə yarandı? Mən və Zəhra Qasımzadə bu ilin aprel ayında «ClimateLaunchpad» yarışmasına baş vurduq. Bu yarışmaya baş vurmağımız bu fikrin meydana gəlməsində əsas başlanğıc oldu. Orada gözəl mentorllarımız vardı, onlar bizim ürəyimizdə olan işığı bir az da artırdılar. «ClimateLaunchpad»da 14 yaşlı bir şagird olaraq biznes haqqında heç bir təsəvvürümüz yox idi. Orada çox şey öyrəndik. Möhtəşəm komandalarla tanış olduq. Mentorllarımız bizə çox şey öyrətdilər. Daha sonra yeni fikir layihəsinə qatılmışıq, orada finala qədər yüksəldik. Öz yaşımız qədər təcrübəsi olan insanlarla mübarizə aparmaq həyəcanverici idi».

Bundan sonra Reyhan Camalova Hindistanın Heydərabad şəhərində keçirilən VIII Qlobal Sahibkarlıq Sammitinə qatılıb. ABŞ prezidenti Donald Trampın baş müşaviri və sammitdəki nümayəndəsi İvanka Tramp çıxışı zamanı Azərbaycandan olan Reyhan Camalovanın nailiyyətini təqdirəlayiq hesab edib: «Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkətini yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var – «Hər dəfə bir evi işıqlandır». Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm».

Reyhan bu çıxışı sevinclə qarşılayıb: «Çox möhtəşəm oldu, gözlədiyimdən bəlkə min qat belə çox gözəl idi. Orada da bu layihə çox uğurla qarşılandı. Çox marağa səbəb oldu. Orada keçirdiyin hissləri insan ifadə edə bilmir. İvanka Trampla görüşdüm. Onunla şəkil də çəkdirdim. O da layihəmizi çox bəyənib. Orada 150 ölkə iştirak edirdi. 1500 sahibkar var idi. Hətta 300 investor və dövlət adamları orada iştirak edirdi. Mən orada qlobal  səhnədə çıxış etdim. Orada da çox böyük təkliflər oldu, çox bəyənildi. Bəlkə 100-dən artıq adamla görüşmüşəm. İnvestorlar çox maraqlandılar və dedilər ki, 20 min dollar böyük investisiya məbləği deyil. Bizə ilkin mərhələ üçün bu pul lazımdır. İlk qurğunu quraşdırmaq, yoxlamaq üçün lazımdır. Onlar dedilər ki, rahatlıqla bu pulu vermək olar. Hazırda onlarla əlaqə saxlayacağıq. Onlar bizə dedilər ki, detalları göndərin».

Qurğunun ərsəyə gəlməsində əməyi keçən Zəhra Qasımzadə də ən azı Reyhan qədər sevincli və həyəcanlıdır: «Bu il başlamışıq bu layihəyə. Çox gözəl nəticələrimiz olub, sonra yeni fikir yarışına qatılmışıq, 148 layihədən 25-i seçilib. Sonra 35 komandadan 15-i seçilərək finala keçdi. Finalda da çox gözəl nəticələr əldə etdik. Sonra da Reyhanın Hindistan macərası. Gələcəkdə də uğurları bir yerdə davam etdirmək istəyirik».

Reyhan bu işdə əməyi keçən hər kəsə təşəkkür edib: «Öz təşəkkürlərimi bildirirəm Milli Elmlər Akademiyasına maddi dəstəyinə görə, «ClimateLaunchpad» yarışmasına görə. Mənim bütün xərclərimi Amerika səfirliyi ödəyib, təşəkkürümü bildirirəm. Azərbaycana, «İstək» liseyimə, bütün müəllimlərimə təşəkkür edirəm. Bu uğuru qazanmaqda zəhmət çəkən bütün insanlara öz təşəkkürümü bildirirəm».

Biz də Azərbaycanın adını dünya miqyasında yüksəklərə qaldırdığına görə balaca Reyhana təşəkkürlərimizi bildirir, uğurlarının davamlı olmasını arzulayırıq.