vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
10:18 | 4 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 2865 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Deyirlər, sağ-salamat oturub...»

Hacı Məmmədovun ailəsi onun intiharından xəbərsizdir

MÖVZU İLƏ ƏLAQƏLİ

İntihar edən Hacı Məmmədovun ailəsi onun ölümündən xəbərsizdir.

«Qafqazinfo»ya açıqlama verən mərhumun bacısı Arifə Məmmədova deyib ki, hələ də onlara rəsmi məlumat verilmir: «Dərd budur ki, jurnalistlər yazır, biz türməyə zəng edirik, deyirlər Hacı sağ-salamat oturub. Dünən axşam da danışdım, bu gün də bir az əvvəl danışdıq. Bizə dedilər ki, hər şey yaxşıdır. Jurnalistlərə deyirlər, bizə niyə demirlər? Oturub gözləyirik.

İki həftə əvvəl onunla görüşmüşdük, hər şey yaxşı idi».

Qeyd edək ki, H.Məmmədov dünən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış müəssisəsində özünü asaraq intihar edib. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə ( özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.