vaxtlı-vaxtında oxuyun! Şənbə, 16 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0032 AZN
Rusiya rublu 1 RUB = 0.0289 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2846 AZN
Türk lirəsi 1 TRY = 0.4379 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
ELM-TEXNİKA  
10:49 | 4 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 256 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Piratlar «tutulacaq»

Avropa İttifaqı film və idman yarışlarına pulsuz baxanları bloklayacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Independent» yazır ki, Avropa Komissiyasının tətbiq edəcəyi «yeni texnologiyalar» tezliklə müəllif hüquqları sahəsində piratlığa son qoyacaq.

Komissiya elan edib ki, internet piratlığının qarşısının alınması üçün bir sıra tədbirlər nəzərdən keçirilib. Bu, hazırda getdikcə artan problemdir.

Əgər bu tədbirlər uğurla həyata keçirilərsə, canlı televiziya şoularına, idman yarışlarının translyasiyalarına və kinofilmlərə qanunsuz, yəni havayı baxılmasına son qoyulacaq.

Avropa Komissiyasının yeni İntellektual Mülkiyyətin Qorunması xidmətinin məlumatında ən maraqlı məqamlardan biri də «translyasiya zəncirlərinin IP ünvanlarına müdaxiləni kompleks bloklayan potensial yeni texnologiyalardır».

Məqalədə deyilir ki, bu, kifayət qədər yayğın müddəadır və görüləcək tədbirlərin konkret nədən ibarət olacağına aydınlıq gətirmir.

Lakin Avropa Parlamentinin millət vəkillərindən Brando Benifey (Brando Benifei) bu həftə «Euractiv» saytında yazdığı məqalədə kompleks bloklama texnologiyasının necə olacağına aydınlıq gətirməyə çalışıb.

O deyib ki, bu texnologiya yaradıcı birliklərə özlərinin intellektual mülkiyyəti üzərində daha güclü nəzarət verəcək və bundan sonra vasitəçiyə ehtiyac qalmayacaq.

Avropa Komissiyası bildirib ki, o, əsasən, böyük piratları ovlayacaq və buna görə də ölkələrin hökumətlərini əməkdaşlığa çağırır.

Komissiya bildirib ki, onun hədəfində xırda piratlar yox, IP-lərə kommersiya səviyyəsində müdaxilə edən və bundan mənfəət götürən cinayətkar qurumlar olacaq.

Komissiya bildirir ki, yeni texnologiyalar sözü gedən sistemin qlobal miqyasda fəaliyyət göstərməsinə imkan yaradacaq.

Avropa Komissiyası gələcəkdə mümkün məhkəmə çəkişmələrinin ola biləcəyini nəzərə alaraq, hakimləri IP sahəsində ixtisaslarını artırmağa çağırıb.

Bundan başqa, Avropa Komissiyası artıq gələn ilin ikinci yarsında «IP bazarı nəzarət siyahısının» dərcini təşkil edəcək. Bunu piratların qara siyahısının tutulması kimi də başa düşmək olar.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *