vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
12:17 | 4 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 2569 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu çox ciddi bir siyasi kapitaldır»

Eldar Namazov: «Azərbaycan Qarabağ məsələsində lazımi sənədləri təsdiqlətdirə bildi»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Yəqin ki, Azərbaycan və Avropa Birliyi arasında imzalanacaq saziş üzərində bir neçə ay ərzində işlər yekunlaşacaq. Biz Avropa ilə əlaqələrimizi daha da gücləndirməliyik». Bu sözləri politoloq Eldar Namazov Modern.az saytına açıqlamasında deyib.

Politoloq bildirib ki, bir neçə gün bundan əvvəl Brüsseldə keçirilən  Şərq Tərəfdaşlığı Sammitində  və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının 50-ci sammitində Azərbaycanın   ərazi bütövlüyünü  dəstəkləyən bəyannamə qəbul edildi.

«Bu onu göstərir ki, Azərbaycan Ukrayna, Moldova və Gürcüstanla bir blokda çıxış edəndə Avropa qurumları tərəfindən bizim ərazi bütövlüyümüzün dəstəklənməsi məsələsi avtomatik həll olunur.  Ona görə ki, bu ölkələrin ərazi bütövlüyü ilə bağlı da problemləri var. Hər üç ölkənin də arxasında Avropa dövlətləri dayanır. Azərbaycan Qarabağ məsələsində lazımi sənədləri təsdiqlətdirə bilib. Ərazi bütövlüyümzü beynəlxalq təşkilatlar tanıyıb. Biz bu blokdan uzaqlaşıb tək qalanda isə istədiyimiz qərarları çox çətinliklərlə alırıq. Ona görə də bizim diplomatlarımız bunu nəzərə almalıdır. Bu çox ciddi bir siyasi kapitaldır».