vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
OLAY  
18:13 | 4 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 2872 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Harada siqaret çəkmək olmaz?

Tütün məmulatlarının istifadəsi məhdudlaşdırılan yerlərin siyahısı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən həftə Milli Məclisdə «Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında» Qanun layihəsi qəbul olunub.

«Qafqazinfo.az» xəbər verir ki, siqaret çəkilməsi qadağan olunan yerlərin siyahısı həmin qanunda öz əksini tapıb. Yerlərin siyahısını təqdim edirik:

Azərbaycan Respublikasında tütün istifadəsinin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır:

 

- təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;

 

- səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, habelə onların ərazilərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur);

 

- mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);

 

- idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda;

 

- restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);

 

- ticarət obyektlərində;

 

- məişət obyektlərində;

 

- sosial xidmət müəssisələrində;

 

- yerləşdirmə vasitələrində (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrıla bilər);

 

- teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində və s.