vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ENERGETİKA  
20:53 | 4 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 1576 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ neftin bahalaşmasına imkan vermir

Okeanın o tayında neft quyularının sayı artıb

MÖVZU İLƏ ƏLAQƏLİ

OPEK-in istehsalın dondurulması razılaşmasının vaxtını 2019-cu ilin yanvarına qədər uzatması neftin qiymətlərini bahalaşdırmayıb.

APA TV-nin məlumatına görə, «Brent» markalı neft dekabrın 1-də 64,29 dollara satılırdısa, hazırda 63,46 dollardan təklif olunur. Qərbi Texas nefti (WTİ) ötən həftənin son satışlarında 58,34 dollardan satılırdı. Bu həftənin ilk seanslarında bu markadan olan neftin bir bareli 57,98 dollara satılır.

OPEK-in anlaşmasına Rusiya, Nigeriya və Liviya da qatılıb. Bundan əvvəlki razılaşmalarda son iki ölkə razılaşmadan kənar saxlanılmışdı. Rusiya isə son həftələrdə bir neçə dəfə istehsalı dondurmağa ehtiyac olmadığını açıqlamışdı. Sonda razılaşma tərəfdarlarının istədiyi kimi imzalandı. Buna baxmayaraq, qiymətlərdə bahalaşma yox, ucuzlaşma qeydə alındı.

Qiymətlərin dəyişməsinə hazırda ABŞ-dan gələn xəbərlər daha çox təsir edir. Bu ölkədə fəal neft quyularının sayı artaraq 749-a çatıb. Bu, sentyabrın sonundan bu yana ən yüksək səviyyədir. Mütəxəssislər Nigeriya və Liviyanın razılaşmaya əlavə olunması ilə OPEK-in əlindəki bütün kartları oynadığını bildirir. «ABŞ-ın qaya nefti istehsalçıları olduğu müddətdə neftin qiymətlərinin bu səviyyədən yüksəlməsi olduqca çətindir» - deyə «Hyundai Futures Corp.» şirkətinin əmtəə analitiki Uill Yun bildirib.

Bunun sadə səbəbi var. Qiymətlər 45-50 dollardan baha olduqca, ABŞ neft hasilatçılarının işi gəlirli olur. Artan istehsal isə qiymətləri düşürür.